Icma.az
close
up
RU
Hansı universitetlər təhsil haqlarını əvvəlcədən tələb edir? AÇIQLAMALAR

Hansı universitetlər təhsil haqlarını əvvəlcədən tələb edir? AÇIQLAMALAR

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Universitetlərdə yeni tədris ilinin başlamasına artıq sayılı günlər qaldığı bir vaxtda ödənişli əsaslarla təhsil alacaq birinci kurs tələbələri və onların valideynlərinin qarşısında duran ən aktual problemlərdən biri də illik təhsil haqlarının ödənmə prosedurudur.

Belə ki, bəzi ali təhsil müəssisələrinin təhsil haqqını tam məbləğdə əvvəlcədən tələb etməsi valideynlər üçün ciddi maliyyə problemi yaradır. Əksər hallarda isə bütöv şəkildə ödəniş etmək imkanı olmayan aztəminatlı ailələrin övladları məcburən təhsil almaqdan imtina etməli olurlar.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent–12” jurnalında yer alan məlumata görə, ötən il 14 minə yaxın tələbə müxtəlif səbəblərdən təhsil aldığı ali təhsil müəssisəsindən uzaqlaşdırılıb. Onlardan 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlə yollarını ayırıb.

Mövzunun aktuallığını nəzərə alaraq, bu barədə universitetlər arasında sorğu keçirdik. Qeyd edək ki, ölkənin əksər aparıcı təhsil müəssisələri də daxil olmaqla, bir çox universitetlər nədənsə sorğuda iştirakdan boyun qaçırdılar. Ehtimal etmək olar ki, buna səbəb universitetlərin əksəriyyətində təhsil haqlarının bütöv şəkildə əvvəlcədən tələb olunmasıdır və bu faktın açıqlanması onların maraqlarına uyğun olmayıb.

Sorğumuzu cavablandıran Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova “AzPolitika”-ya açıqlamasında bildirib ki, birinci kursa başlayacaq tələbələr təhsil haqqını hər semestr üzrə 50% olmaqla ödəyə bilərlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən verilən məlumata görə isə, bu il də təhsil haqlarının ödənilməsi əvvəlki qaydada olacaq: “Ödənişli ixtisaslarda təhsil alacaq tələbələr birdəfəlik və ya iki dəfəyə olmaqla güzəştli şəkildə tədrisə başlaya bilərlər. Məsələn, əgər tələbə illik 2000–2500 manat təhsil haqqı olan ixtisasa qəbul olubsa, onun müəyyən bir qismini ödəyib, dərslərə başlaya bilər”.

Xəzər Universitetinin Media və ictimaiyyətlə əlaqələr üzrə direktoru Əlövsət Əmirbəyli isə bildirib ki, ödənişli əsaslarla təhsil alacaq tələbələrdən ilk tədris ilində ödəniş bütövlükdə tələb olunur. Ə. Əmirbəyli əlavə edib ki, növbəti illərdə (2-ci, 3-cü və 4-cü kurslarda) tələbələr güzəştli şəkildə – hissə-hissə ödəniş edə bilirlər.

Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova isə qeyd edib ki, universitet ilkin olaraq tam ödənişi əsas tutur.
“Çətinlik olan zaman universitetin Tələbə Dəstək Mərkəzi tərəfindən Tələbə Təhsil Kreditinə müraciətdə köməklik göstərilir. Bundan əlavə, universitet tərəfindən təhsil haqqını iki dəfəyə ödəmək imkanı da yaradılır”, – deyə o bildirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri