Icma.az
close
up
RU
Hansı universitetlərdə tələbələrin üç aylıq təqaüdləri ödənilməyib? ARAŞDIRMA

Hansı universitetlərdə tələbələrin üç aylıq təqaüdləri ödənilməyib? ARAŞDIRMA

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi universitetlərin tələbələrinə yay tətili müddətində təqaüdlər ödənmir. Tədris ili başladıqdan sonra 3 ayın təqaüdü birdən verilir. Lakin bəzi universitetlərdə tələbələr hələ də son üç ayın təqaüdünü ala bolməyiblər.
Hansı universitetlər 3 ayın təqaüdünü ödəyib?
Hurriyyet.az xəbər verir ki, Bizim.Media mövzuyla bağlı bir neçə ali təhsil müəssisəsinə sorğu ünvanlayıb:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə təqaüdləri hələ ödənilməyib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, təqaüdlərin bu həftə ödənilməsi nəzərdə tutulub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev bildirib ki, universitetin həm yeni tələbələrinin, həm də digər tələbələrinin təqaüdləri artıq ödənilib. Ancaq məbləğ hələ bank hesablarına köçməyib.
“Bank əməliyyatları getdiyinə görə məbləğlər bu gün ərzində və yaxud sabah tələbələrin hesabında olacaq”.
Azərbaycan Dövlət Pedaqoji Universitetində isə yuxarı kurs tələbələrinin 3 aylıq təqaüdləri artıb ödənilib.
Bəs birinci kursların təqaüdləri nə vaxt köçəcək?
Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, birinci tədris ilinin tələbələrinin təqaüdləri ayrıca ödəniləcək.
Azərbaycan Texniki Universitetində (AZTU) isə sentyabrın əvvəli tətil təqaüdü, sentyabrın son günü isə sentyabr ayının təqaüdü ödənilib.
Bu barədə AZTU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Sevinc İsgəndərova açıqlama verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, həm birinci, həm də yuxarı kursların təqaüdləri artıq ödənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see530

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see348

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see194

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see171

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see166

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see154

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see148

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see146

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see143

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see140

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see137

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see137

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri