Icma.az
close
up
RU
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır…”

“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır…”

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişinə cəhddə ittiham edilən Ramiz Mehdiyevlə bağlı müzakirələr fonunda vaxtilə onun dəstəyi ilə saxta alimlərin formalaşdığı müzakirə olunur. Bildirilir ki, Ali Attestasiya Komissiyası (AAK) da Mehdiyevin nəzarətində olub, onu tərifləyənlərə alimlik dərəcəsi verilib.

Filologiya elmləri doktoru, professor İdris Abbasov Pravda.az-a fikirlərini bölüşən AMEA Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov qeyd edib ki, uzun illərdir, akademik şəbəkə və onun üzvlərinin zərərli fəaliyyəti haqqında hər şeyi deyir.

“Nəticədə, öz Vətənimdə ağır həyat şəraiti ilə üz-üzə qalmışam. Dövlətin elm potensialını məhv edib, ciblərini dolduran yaltaq, riyakar, məsuliyyətsiz akademik-alimlərdən, rektorlardan, direktorlardan çox yazmışam, əvəzində təzyiq, təhdid və stressə məruz qalmışam, ailə üzvlərim xəstəliklər tapıb. Haqq səsimə səs verən heç bir rəsmi qurumun diqqəti cəlb olunmayıb. Əksinə, sanki akademik şəbəkənin əməllərinə haqq qazandırılıb. Mənim ailəm də xalqın bir parçasıdır, bir ailə başçısı kimi mənim borcumdur. Nə yazıq ki, ölkədəki qanunsuzluqlar, özbaşınalıqlar bu borcun yerinə yetirilməsinə imkan vermir və nəticədə, yeyintidən, rüşvətdən baş çıxarmayan ailələr maddi-sosial imkansızlıq burulğanında əzab çəkir. Minlərlə alim var. Niyə danışmırlar? Alim hara, milyonların mənimsənilməsi hara?! Mübarizə aparmağıma, işlədiyim hər yerdə gördüyüm haqsızlığa, ədalətsizliyə münasibət bildirdiyimə görə peşman deyiləm. Və bunun üçün də peşman deyiləm ki, bu yolda təzyiqlərə, əzablara düçar olmuşuq, xəstəliklər tapmışıq. Ona görə peşmanam ki, ölkə rüşvətxorların, ikiüzlü, xəyanətkar məddahların cəngində can verir və bundan xilas yolu çətinləşir. Səmimi deyim ki, bir də vaxtında məmləkəti tərk edib, özümə öz halal zəhmətimlə karyera qurub, ailə borcumu yerinə yetirməməyimə peşmanam. Ölkəmdə halal yaşamaq birmənalı olaraq çətinləşib. Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır. Yaltaqlıqdan, riyakarlıqdan, qanunsuz yollarla milyonlara sahib olmaqdan, xalqa, dövlətə həqarətdən savayı ölkəyə heç nə verməyən, taleyüklü ictimai hadisələrə mövqe bildirməyən, ikiüzlülük, satqınlıq və məddahlıqla işini bitmiş hesab edən alim kütləsi ilə hansı ölkəni inkişaf etdirmək olar? Akademik şəbəkənin Azərbaycanın gələcəyinə meydan oxuması və cəzadan yayınması fərqli işlərdə müəyyən təcrübə toplamış müəllim, 10 ildən artıq dövlət qulluğunda çalışmış bir şəxs və elm adamı kimi məndəki nikbinlik hisslərini xeyli arxa plana keçirir…” – alim bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri