Icma.az
close
up
RU
Hansısa kəsici deşici alət təyinatından kənar istifadə edildikdə, soyuq silah sayılır və qanunla cəzası var

Hansısa kəsici deşici alət təyinatından kənar istifadə edildikdə, soyuq silah sayılır və qanunla cəzası var

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu gün yeniyetmələrin əksəriyyəti üzərində məsuliyyətini bilməsələr belə soyuq silah hesab edilən bıçaq, beşbarmaq və s. bu qəbildən əşyalar gəzdirir və bununla yaşıdları arasında fəxr edirlər. “Necə əldə edirlər” deyə soruşmayın. Çünki hazırda sosial şəbəkələrdə, xüsusilə də TikTok şəbəkəsində kifayət qədər soyuq silah satıcıları var. Onlar üçün maraqlı olan alıcının yaşıdır. "Hansı məqsədlə alır, bəlkə də özünə almır" fikirləri heç kimi maraqlandırmır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, soyuq silah ölçülərinə və konstruksiyasına görə, insanın əzələ qüvvəsi sərf edərək, bir şəxsin digər şəxsə və ya obyektə zərər vermək üçün istifadə edilən silahdır.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Burada əsas niyyət kiməsə xəsarət yetirmək, nəyəsə zərər vurmaqdır. Beşbarmaq, bıçaq və s. hüquqda soyuq silah qismində tanınır. Mətbəx bıçağı o zaman soyuq silah hesab edilir ki, ondan hər hansı bir formada mətbəxdən kənar istifadə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz şəkildə soyuq silahın və digər bu qəbildən olan atıcı silahları gəzdirmək, əldə etmək və satmaq qanunvericiliklə qadağandır. Bu, cinayət məsuliyyətinə səbəb olur. Bunun sanksiyası 320 saatdan - 480 saata qədər ictimai işlər, 1 ilə qədər müddətə azadlığın məhdudlaşması və ya 1 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”-deyən hüquqşünas bildirib ki, belə bir hal olduğu zaman konkret şəxsi göstərməklə, polis əməkdaşına yaxınlaşıb şəxsin üzərində soyuq silah olması barədə məlumat vermək və həmin şəxsin məsuliyyətə cəlb olunmasına nail olmaq olar.

P.S. Bu günlərdə uşaqlar arasında bir söhbətə şahid oldum. Uşaqlar bıçaq almaq üçün 18 yaşlı dostlarından xahiş edirdilər...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri