Icma.az
close
up
RU
Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər Turistlərin sayını necə artıraq?

Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər Turistlərin sayını necə artıraq?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Gəlmə turizmi bütün dünyada turizm sektorunun prioritet sahələrindən biridir. İqtisadiyyatın ən perspektivli və dinamik inkişaf edən sahəsi olmaqla yanaşı, ölkələrin tanınması istiqamətində də mühüm rol oynayır.

Azərbaycan da təbii sərvətlərin müxtəlifliyi və mədəni-tarixi irs obyektlərinin olması baxımından müxtəlif turizm növlərini inkişaf etdirmək üçün unikal imkanlara malikdir. Zəngin tarixə və infrastrukturun yüksək inkişaf tempinə malik ölkələrə isə əcnəbilərin marağı həmişə böyük olur. Son illər ölkəmizə gələn turistlərin sayının artması da bizim coğrafiyaya marağı əks etdirir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təbii ki, bir çox ölkələrin biznes elitaları və əlaqədar qurumları turist axınının artırılmasında son dərəcə maraqlıdır və müxtəlif yollarla turistləri cəlb etməyə çalışırlar. Gəlmə və getmə turizmində statistikanın tez-tez dəyişməsi də turizm sektorunda bu istiqamətdə rəqabəti nümayiş etdirir.

Deputat həyəcan təbili çalır

Millət vəkili Vüqar Bayramovun bu ilin ilk rübündə ölkəmizə gəlmə turizmində azalmanın qeydə alınması barədə fikirləri isə mövzu ilə bağlı müəyyən suallar doğurur: ölkəyə gələn turistlərin sayı azalıbmı? Əgər reallıq budursa, səbəb nədir? İqtisadçı deputat fikirlərini əsaslandıraraq ölkəmizə gələn turistlərin sayında əsasən 3 əsas istiqamət üzrə azalmanın qeydə alındığını bildirib: "Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub". Millət vəkili ölkəmizə gələnlərin əsasən Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Qazaxıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Özbəkistan, Çin, Türkmənistan, Ukrayna, İsrail, Küveyt, Belarus və digər ölkələrin vətəndaşları olduğunu qeyd edib: "Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb".

V.Bayramovun açıqlaması turizm sahəsində çalışan mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb, eyni zamanda "azalma, yoxsa artım?" kimi ziddiyyətli sual ortaya çıxarıb. Bəzi turizmçilər gəlmə turizmində azalmanın olduğunu etiraf etsələr də, millət vəkilinin acıladığı statistikanı tamamilə təsdiqləmirlər. Əksinə, bir sıra ölkələrdən gələn turistlərin sayında artımın olduğunu da qeyd edirlər.

Ölkəyə gələn turistlərin sayı azalıb, yoxsa artıb?

Turizm üzrə ekspert Əziz Şiriyev hesab edir ki, ümumiyyətlə, yanvar-fevral və mart aylarında Azərbaycana turist axını həmişə az olur: "Bir neçə il əvvəl mart ayında cənubi azərbaycanlıların gəlməsi ilə bağlı canlanma olurdu. Təxminən 10-15 min azərbaycanlı gəlirdi. Bu, turizmin mart ayından başlamasına səbəb olurdu və statistika dəyişirdi. İndi İrandan ölkəmizə turist az gəlir. Bununla belə, aprel ayından - havalar qızdıqca Bakıda xeyli sayda turist görə bilərsiniz. Bu da mövsümlə əlaqədardır. Hava şəraitinin yaxşı olması hər zaman turizmə təsir edən məqamlardandır".

Bəzi ölkələrdən gələnlərin sayında azalma olsa da...

Gəlmə turizmi ilə bağlı rüblük statistikanın Dövlət Miqrasiya Xidmətindən hələ daxil olmadığını bildirən turizmçi Əfsun Əhmədovun sözlərinə görə, keçən illə müqayisədə bu ilin yanvar ayında gəlmə turizmində artım müşahidə olunub: "Məsələn, keçən il gələn 165.868 nəfər idisə, bu il 172.653 nəfər olub". Turizmçi Rusiya turistlərinin azalmasını təkcə Azərbaycan üzrə deyil, bütün dünya üzrə olduğunu qeyd edir: "Bunun müxtəlif səbəbi ola bilər. Müharibə də rol oynaya bilər, təyyarə biletlərinin bahalığı da, ölkələrinin iqtisadi vəziyyəti də...". Ə.Əhmədov Türkiyə və İrandan gələn turistlərin sayında müəyyən azalma olduğunu bildirsə də, əksinə, Hindistan, Qazaxıstan, BƏƏ, Asiya ölkələrindən gələn turistlərin sayında artım olduğunu deyir: "Hətta yanvar ayında İsraildən gələn turistlər də artıb. Onlar əvvəllər ölkəmizə o qədər də gəlmirdilər. Ona görə də birmənalı şəkildə gəlmə turizmində azalmanın olduğunu demək olmaz".

Hansısa xidmətdən narazı olan bir də gəlmir

"Rüblük göstəriciyə görə azalma ola bilər, amma yenə də gəlmə turizmində turistlərin sayı az deyil. Ölkəyə kifayət qədər turist daxil olur", - deyə gəlmə turizm üzrə menecer Vasif Yadigarov bildirir: "Son üç ayda Türkiyədən gələn turistlərin sayı rekord həddə çatıb. Mən bu ay demək olar ki, Türkiyədən gələn turistlərlə çalışmışam. Aprel ayından etibarən Hindistandan böyük qruplarla gəlirlər. Onlar ölkənin ayrı-ayrı bölgələrinə də səyahət edirlər". Turizmçi hesab edir ki, ümumən azalma dünyanın ayrı-ayrı bölgələrində baş verən münaqişələrlə əlaqədar ola bilər: "Bəzi hallarda gələn turistlər, əsasən də Türkiyə və Hindistandan gələnlər ölkədə nəyisə bəyənmir və yenidən gəlmirlər". V.Yadigarov hesab edir ki, bəzən internetdə, müxtəlif platformalarda yayılan mənfi məzmunlu videolar da gəlmə turizminə mane ola bilər: "YouTube" kanalında mənfi istiqamətdə, xüsusən Bakı ilə bağlı çəkilən videoları bloklamaq lazımdır. Çünki istənilən qonaq gəlməmişdən əvvəl internetdə araşdırır, ölkə haqqında məlumatlar əldə edir və sonra gəlir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri