Icma.az
close
up
RU
Haradasan, ay qonşu?..

Haradasan, ay qonşu?..

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Mətanət Məmmədova

Biz gözümüzü dünyaya açandan qonşularımızın olduğunu görmüşük. Onlarla, necə deyərlər, bir evli olmuşuq. Hər bir işin birlikdə həllinə çalışmışıq. Qonşu evində nə isə olmayanda qonşuya diləyə gedib və sanki öz evindən götürübmüş kimi, həmin istədiyini götürüb gətirib, işi yarımçıq qalmayıb. Eləcə də digər qonşu, eynilə...

Qonşuluq, eyni zamanda, kollektiv əməyin yaşadılması forması olub. Qonşu kişilər yığışıb birlikdə arx çıxarmağa, su çəkməyə gedərdilər. Toy, yas mərasimlərinə də birlikdə yollanardılar. Səhərdə, axşamda işləri olmayanda yığışıb birinin həyətində nərd oynayar, çay içərdilər.Qonşu qadınlar bir-birinə təndirdə çörək bişirməkdə iməci olardılar. Birlikdə xalça-palaz toxuyar, qışa azuqə hazırlayardılar.

Söhbətin bu yerində “ Tək əldən səs çıxmaz” deyimini xatırlayıram. Həqiqətən də biz gözümüzü açıb bu deyimin canlı şahidi ola-ola böyümüşük. Qonşuların birlikdə əməyini, toy-yas mərasimlərində, Novruz bayramında birlikdə iştirakını, bir-birinə can yandırmasını görərək, həqiqətən də, “tək əldən səs çıxmaz” məsəlinin nə qədər düzgün və yerində söyləndiyini təsdiq etmişik.

Qonşuların bir həyətə yığışıb tut çırpmasını, samovar salıb çay süfrəsi ətrafında bir ailənin üzvü kimi deyə-gülə çay içməsini kim görməyib? Qurban bayramında bütün qonşuların yığışaraq qurbanlıq aldığını, kəsib, paylara böldüyünü, Novruz bayramı öncəsi ilaxır çərşənbədə yandırmaq üçün tikanın, çör-çöpün birlikdə toplanmasını, tonqal ətrafında deyib-gülməyi, rəqs etməyi, birlikdə tonqalın üzərindən atlayıb “ağırlığım-uğurluğum odlara” deməsini kim görməyib, eşitməyib?

Bir xəstə olanda qonşuların yığışıb ona baş çəkməyə, əsgərliyi bitirib gələn qonşu uşağının görüşünə getməsini, nişanda, toyda qohum gəlib çıxanadək qonşuların bütün işlərdə ev sahibinə kömək göstərməsini necə, görməyən olubmu?

Analarımız qonşu qadınlarla qonşuluqdan əlavə rəfiqə idi. Axşamçağı bulaq başı onların görüş yeri olub. Bir-biri ilə dərdləşib, həm yaxşı, həm də pis olanları bölüşüblər. Yaşca böyüklər kiçik olanlara yol göstərib, səbirli olmağı məsləhət bilib. Bilmədiyi işi öyrədib. Yeri gələndə evinə gedib ev işlərində kömək edib ki, əliuşaqlıdır, çatdıra bilmir.

Qonşu qadınlar evdə bişirdikləri yeməkdən, şirniyyatdan həmişə yaxın qonşulara pay tutublar. Ona görə ki, axı bir evdə bişənin ətri həyətə yayılır, oradan da qonşunun evinə. Bu məqamlara fikir verən qadınlarımız belə incə dəyərlərin də təməlini qoyub, övladlarına da bütün bunlara riayət etməyi məsləhət görüblər.

Bir sözlə, qonşu kişilər bir-birinə ata-qardaş, qadınlar isə ana-bacı olublar. Bu yaxın münasibətlər isə təbii ki, hörmət hissini də aşılayacaqdı. Dəfələrlə olurdu ki, uşaqların bir-biri ilə sözü düz gəlmirdi, dalaşırdılar. Qonşu kişi və qadınlar onları elə başa salırdı ki, bir azdan sonra onlar heç nə olmayıbmış kimi bir yerdə oynamağa başlayırdı.

Bütün bu münasibətlər qonşuların biri-biri ilə qohum olmasına da şərait yaradırdı. Onlar elçi gedir, qız alır, qız verir, qohum olurdu. Beləliklə, dünənki qonşular yeni qohumlara çevrilirdi. Uzaqdan da bu qonşuların birinin qızını almaq istəyənlər yenə də qonşuları soraqlayıb tapır, ondan həmin adamın xasiyyətini, yaxşısını-pisini xəbər alırdı. Bax, qonşuluq belə dəyərlər üzərində inkişaf edirdi.

Belə bir deyim də var ki, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Bax, bu deyim mehriban qonşuluq münasibətlərindən yaranan bir deyimdir. Bunun kimi neçə-neçə deyimlər də formlaşmışdır qonşuluqla bağlı. Hər biri də real qonşuluq münasibətlərinə söykənən deyimlərdir.

Lakin çox təəssüf ki, artıq qonşuluq günümüzdə əvvəlki illərdə olduğu qədər deyil. İndi yuxarıda sadaladığım münasibətlər demək olar ki, qalmayıb. Odur ki, gözəl bir ənənə-qonşuluq ənənəsini itirməkdəyik.

Hələ qonşuluqla bağlı nə qalıbsa, rayonlarda qalıb, şəhərlərdə bu münasibətlər çoxdan bitib. İndi bir binada yaşayan qonşular bir-birinə Allahın salamını belə vermir. Liftə daxil olursan, salam verirsən, alan yoxdur, “sabahınız xeyir” deyirsən, heç kimdən səs çıxmır. Bax, budur şəhərlərdəki qonşuluq münasibəti. Odur ki, haradasan ay qonşu, deyək. Onları səsləyək. Bəlkə səsimizi eşidib əvvəlki münasibətləri xatırlayan qonşular olacaq. İtirməyək qonşuları və qonşuluğu...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri