Icma.az
close
up
RU
Qonşu qonşu olsa... KÜNCDƏN BAXIŞ

Qonşu qonşu olsa... KÜNCDƏN BAXIŞ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Elçin Bayramlı

“Mənzil mənimdir, nə istəsəm edərəm” düşüncəsi haqda bəzi mülahizələr

Çoxmənzilli binalarda birgəyaşayış qaydalarının yazımış və yazılmamış qanunları var ki, hər bir sakin onlara əməl etməyə borcludur. Binaya və qonşulara zərər vurmamaq, ətrafı zibilləməmək, liftlərin hamısını eyni mərtəbəyə çağırmamaq, usta işləri və musiqi alətlərində ifa zamanı müəyyən edilmiş vaxt qrafikinə və səs normasına əməl etmək, avtomobili blok girişinin qarşısında saxlamamaq, balkondan aşağı nəsə atmamaq, şaxtalara zibil atmamaq, kondisionerin suyunu balkondan aşağı buraxmamaq və su borusunu trapa qoşmaq, yüksək səslə televizora baxmamaq, gecə vaxtı səs-küyə yol verməmək, tərbiyəsiz hərəkətlərə yol verməmək və s.

Bunların bir çoxu qanunla, yəni Mülki Məcəllə və sair qanunvericilik aktları ilə tənzimlənir. Bəziləri isə binaların daxili qaydaları, yəni binanın idarəetməsi ilə məşğul olan orqanın qoyduğu qaydalar ilə. Lakin elə qaydalar var ki, onlar yayılmamış etik qaydalardır. Bu artıq fərdi mədəniyyət məsələsidir. Elə şeylər var ki, onu etmək qadağan olunmayıb, amma pis qəbul olunur və ya başqalaırna narahatlıq yarada bilər.

Mülki Məcəllənin 170-ci maddəsində deyilir;

170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Lakin Məcəllənin 171-ci maddəsində qonşu təsirinə dözmək vəzifəsi də var;

171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

Göründüyü kimi, vəziyyətdən və şəraitdən asılı olaraq bəzi məsələlər ümumi normalarla tənzimlənir. Qəsdən edilmiş və qəsdən edilməmiş hərəkətlər ayırd edilməlidir. Qonşu özündən asılı olan səbəbə görə, başqalarına zərər vurmamalı, onları narahat etməməlidir. Əgər hansısa bir haılda ondan asılı deyilsə, onda o problemin həllini birgə axtarmaq olar.

Çoxmənzilli binalarda əsas problemlərdən biri də, qonşuların səs-küylə narahat edilməsidir. Bunun da əsas səbəb, yeni tikilən binalarda ara divarlarının çox yüngül və yumşaq olmasıdır. Bu halda adi normal səslər də qonşunu narahat edir. Köhnə binalarda isə belə problem yoxdur, onların ara divarları möhkəm materialdan və daha qalın tikildiyinə görə, qonşulara səs getmir.

Daha bir məsələ, sakinlərin bəzilərinin təmizlik qaydalarına riayət etməməsidir. Nəticədə, bəzi sakinlərin atdığı tullantıları, bloklarda, liftlərdə, həyətlərdə tez-tez görmək olar. Xüsusi şirkət tərəfindən xidmət göstərilən binalarda bu zibillər mütamadi olaraq təmizlənsə də, dogər binalarda bu hallar daha çox görünür. Binada yaşayan şəxs birgəyaşayış qaydalarını bilməli və əməl etməlidir. Ən azı insan etik normalara riayət etməyə borcludur.

Daha bir problem isə qonşuların səslə narahat edilməsidir. Kimsə evində yüksək səslə futbola baxırsa, ya da mahnı dinləyirsə bu artıq bir neçə qonşunu narahat etmək, onlara problem yaratmaq deməkdir. Bir çox hallarda belələri deyir ki, öz evimdir özüm bilərəm. Xeyr, özün bilə bilməzsən. Ümumi binada yaşamağın konkret qaydaları var ki, qanunla tənzimlənir. Sıs-küy normaları da buna daxildir. Bu binada yaşayırsdan bu şərtlərə əməl etməyə məbursan. Xoşun gəmirsə, köçüb gedə bilərsən və həyət evində yaşayarsan. Belələrini bir çox hallarda polis gücünə normal etik qaydalara riayət etdirmək olur.

Bina mənzilində hər hansı bir əyləncə mərasimi və şənliklər də başqalarını narahat etməyəcək həddə olmalıdır. Əgər qonşular narazılıq bildirirsə dərhal nəzərə alınmalıdır. Çünki polisə müraciət edilsə qanuni tədbir görülə bilər.

Uşaqların səs-küyünün qonşuları bezdirməsi də, valideynləri məsuliyyətdən azad etmir. Valideyn uşaqlarının səs-küy normasına riayət etmələrini təmin etməyə borcludur.

Blok girişinin düz qarşısında avtomobil saxlayanlar bilməlidirlər ki, təcili yardım maşını ağır xəstəni aparmağa gələ bilər, ya da evdən və ya evə ağır yükləri daşımaq üçün blok sakini maşını girişə maksimum yaxınlaşdırmalıdır.

Kondisonerlərin suyu əksər binaların mərtəbələrindən küçəyə və ya həyətə tökülür. Aşağı ilə gedəndə adam elə gəlir ki, yağış yağır. Halbuki, bu problemin çox sadə həlli var. Kondisionerin su şalnqını eyvandakı trapa birləşdirmək kifayətdir. Əgər trap yoxdursa, onda iri bir su qabı qoyub suyu ona yığmaq və sonra kanalizasiya xəttinə boşaltmaq olar.

Binada yaşayan hər bir sakin bilməlidir ki, blokda 2 lift varsa hansısa bir neçə saniyə tez gələr deyə liftin ikisini də birdən çağırmaq lazım deyil. Həmin blokda ondan başqa onlarla, yüzlərlə insan yaşayır və bu yolverilməzdir.

Evdə təmir işi varsa, ev sahibi bunu qanunlar müəyyən edilımiş günlərdə və saatlarda etdirə bilər. Yoxsa gecə gündüz, istirahət və ya iş günü demədən qonşuları bezdirmək yolverilməzdir. Bu qanunla qadağan edilir. Qonşular istəsə polis çağıraraq işi dayandırmağa məcbur edə bilərlər. Bir çox ölkələrdə buna görə ağır cərimələr var.

Heç kim görmədi deyib məişət tullantılarını bloka, liftə, həyətə atmaq mədəniyyətsizliyin və vəhşiliyin əlamətidir. Belə halları törədən şəxsə qarşı ciddi tədbirlər görülməlidir. Bəzən biz görürük ki, həyətdə qoyulmuş zibil qablarının içi boş olduğu halda ətrafı zibil bağlamaları ilə doludur. Yəni, kimlərsə daha 2 addım atmağa ərinib və aralıdan tullayıb gedib. Bu kimi hallara qarşı mübarizə aparmaq üçün mütləq həyətlərdə müşahidə kameraları olmalıdır.

Ümumiyyətlə, normal, mədəni cəmiyyətlərdə çox sayda etik normalar, birgəyaşayış qaydaları var ki, bizdə onların çoxuna əhəmiyyət verilmir. Hətta bəzi xarici ölkələrdə azərbaycanlılara bu səbəbdən kirayə ev verilmədiyi haqda faktlar da da eşidiririk. Biz mədəni xalq, sivil cəmiyyət olmalıyıq. Bunun üçün də elementar insani qaydalara riayət etməliyik. Əgər kimlərsə etmək istəmirsə, onda layiqli qanuni cəzasını almalıdır. Təəssüf ki, bizdə bu hallarla bağlı cəzalar və cərimələr az qala yox səviyyəsindədir və çox yüngüldür. Bu sahədə mədəni ölkələrin təcrübəsindən istifadə etməyə dəyər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see385

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see288

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see269

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see264

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see230

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see217

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see217

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see186

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see170

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see169

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see157

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see154

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see153

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see146

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri