Harmoniya sənədli filmi Romada təqdim olunacaq
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bu gün İtaliyanın Roma şəhərində "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçiriləcək.
BAKU.WS xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.
"Harmoniya" fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətləri nümunəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitini işıqlandırır. Qəhrəmanların ailə həyatı, dini ibadətləri və illərdir davam edən dostluq münasibətləri fonunda qarşılıqlı anlayış, etimad, hörmət və sülh mədəniyyəti tamaşaçıya çatdırılır.
Filmin çəkilişləri Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən dini ibadətgahlarda, eləcə də ölkəmizdə formalaşmış dinlərarası harmoniyanı və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb.
Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmilərinin, diplomatik korpus və dini icmaların təmsilçilərinin, din xadimlərinin iştirakı gözlənilir. Həmçinin Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunacaq.
Qeyd edək ki, tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və dinc birgəyaşayışın əhəmiyyətindən bəh edən "Harmoniya" sənədli filmi beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















