Harrini təbrik etmədilər
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kral müşahidəçiləri Keyt Middltonun şahzadə Harrinin 41-ci doğum gününü təbrik etməməsini müzakirəyə çıxarıb.
Axşam.az xəbər verir ki, "RadarOnline.com" bununla bağlı məlumat dərc edib. Ekspertlər hesab edirlər ki, Uels hersoginyası kiçik qardaşı ilə davam edən münaqişədə Şahzadə Uilyamı dəstəklədiyini nümayiş etdirir.
Harri uzun fasilədən sonra Kral III Çarlz ilə ilk təkbətək görüşündən bir neçə gün sonra, sentyabrın 15-də ad gününü qeyd edib. 54 dəqiqə davam edən görüş ata-oğul arasında barışıq yolunda ehtiyatlı addım kimi qiymətləndirilib.
İnsayderlər ad günü təbriklərinin olmamasının Keyt və Şahzadə Uilyamın birlikdə qərarı olduğunu söyləyib.
Keçən il Harrinin 40 yaşı tamam olanda kral ailəsinin rəsmi hesabı və Uilyamla Keytin birgə səhifəsi şahzadəni açıq şəkildə təbrik etmişdi. Mənbə əlavə edib ki, bu, təsadüfi deyil.
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















