Icma.az
close
up
RU
Harvardlı həkim açıqladı: 2 həftə şəkər yeməsəniz üzünüzdə nə baş verər?

Harvardlı həkim açıqladı: 2 həftə şəkər yeməsəniz üzünüzdə nə baş verər?

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Şəkərdən imtina etmək bədəndə gözlə görünən dəyişikliklər yarada bilər. Mütəxəssislər bildirirlər ki, şəkəri həyatınızdan çıxarmaq bağırsaq mikrobiomunu gücləndirir, bununla həm həzm, həm də qida mənimsənilməsi yaxşılaşır.

Sherg.az xəbər verir ki, ABŞ-lı qastroenteroloq, Harvard məzunu Dr. Saurabh Sethi, şəkəri tərk etməyin cəmi iki həftə ərzində nəzərəçarpacaq təsirlər göstərdiyini deyib. Onun açıqlamaları TikTok-da minlərlə izləyici toplayıb.


Dr. Sethi sosial media hesabında bildirib:

“Üzünüz daha təbii görünəcək. Gözlərinizin ətrafındakı şişkinlik azalacaq, qaraciyərdəki yağlanmanın düşməsi ilə qarın piylərində də azalma olacaq.”


O əlavə edib ki, şəkərin həyatınızdan çıxarılması bağırsaq sağlamlığını gücləndirir, sızanaqlar və qırmızı ləkələr isə azala bilər.


Elmi araşdırmalar da təsdiqləyir

Dr. Sethinin açıqlamaları əvvəlki elmi tədqiqatlarla üst-üstə düşür. 2019-cu ildə Çində 8 min tələbə üzərində aparılan bir araşdırma göstərib ki, yüksək şəkərli içkilər sızanaq riskini əhəmiyyətli dərəcədə artırır. Digər araşdırmalar isə artıq şəkər istehlakının qaraciyərdə yağlanma və iltihaba səbəb olduğunu müəyyən edib.

Nevada Universitetindən Dr. Samantha Coogan da daha əvvəl şirniyyatlardan imtinanın təsirlərinə diqqət çəkmişdi. O bildirib ki, şəkərdən uzaqlaşma dövründə baş ağrısı, qarın sancısı və bağırsaq problemləri yaşana bilər. Lakin bədən uyğunlaşdıqdan sonra daha iti beyin fəaliyyəti, artan enerji və davamlı çəki itkisi müşahidə olunur.


Coogana görə, şəkəri həyatınızdan çıxarmaq yalnız çəki itkisinə səbəb olmur, həm də sağlam saç, dəri və dırnaqlar, keyfiyyətli yuxu və güclü immunitet təmin edir.


Şəkər asılılıq yarada bilər

Mütəxəssislər bildirirlər ki, xüsusilə şokolad, konfet, qazlı içkilər və emal olunmuş qidalardakı sərbəst şəkərlər ən zərərli növlərdir. Bal, şərbət, nektar və şəkərsiz meyvə şirələrindəki bəzi şəkərlər də bu qrupa daxildir.


Dr. Coogan əlavə edib:

“Şəkər bəzi insanlar üçün asılılıq yarada bilər. Buna görə də tərk etmə prosesi narkotik və ya alkoqol detoksuna bənzər şəkildə aparılmalıdır.”

Həkimlər xəbərdarlıq edirlər ki, artıq şəkər istehlakı 2-ci tip diabet, ürək xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqəlidir. Şəkəri azaltmaq həm qısa, həm də uzunmüddətli dövrdə sağlamlıq üçün kritik əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri