Icma.az
close
up
RU
Hasan Oktay: Türkiyə Ermənistan Azərbaycan sülhünün bir an əvvəl imzalanması zəruridir

Hasan Oktay: Türkiyə Ermənistan Azərbaycan sülhünün bir an əvvəl imzalanması zəruridir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.

Bunu Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumunun “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” panelində Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan deyib.

"Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir. Türkiyə bu mənada hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Türkiyə regionda sülhün və sabitliyin möhkəmləndirilməsini dəstəkləyir. Əlbəttə ki, Qarabağın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək. Hazırda vacib regional əməkdaşlıq platformalarından biri də hər birinizə yaxşı məlum olan "3+3"dür”, - Çağrı Erhan vurğulayıb.

O, eyni zamanda, qeyd edib ki, təkcə avtomobil və digər nəqliyyat dəhlizləri deyil, enerji dəhlizlərinin də inkişafının təşviqi regional əməkdaşlıqda mühüm rol oynayacaq.

Türkiyəli siyasətçi vurğulayıb ki, Azərbaycan qlobal bazarları neft və neft məhsulları ilə təchiz edir.

“Azərbaycan Cənubi Qafqaz regionunda öz maraqları çərçivəsində siyasət yeridən ölkədir və Türkiyə Azərbaycanın bu istiqamətdəki siyasi gedişlərini dəstəkləyir”, - Çağrı Erhan əlavə edib.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, Cənubi Qafqaz bölgəsi, Rusiyanın 1801-ci ildən bu günə qədər davamlı şəkildə yürütmüş olduğu siyasətin nəticəsi olaraq çıxılmaz bir vəziyyətə düşüb:


"Ruslar keçmişdə Tiflis və İrəvan quberniyaları vasitəsilə bölgəni idarə ediblər. Sovet dövründə isə Gürcüstan və Ermənistan dövlətləri üzərindən Cənubi Qafqazı öz maraqları istiqamətində yönləndirib. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən üç Cənubi Qafqaz dövləti — Ermənistan, Gürcüstan və Azərbaycan — Türkiyə tərəfindən tanınmış, sərhəd qapıları açılmış, lakin Ermənistanla diplomatik əlaqələr qurulmamışdı. Bu, Ermənistanın Rusiya adından Cənubi Qafqazda Azərbaycana təzyiqlər göstərməsi və Azərbaycanın yeddi rayonunu işğal etməsi ilə bağlı idi. Türkiyə Ermənistanla açıq olan sərhəd qapılarını, 3 aprel 1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra bağlamaq məcburiyyətində qaldı. Azərbaycan 44 günlük müharibə nəticəsində əvvəlcə yeddi rayonu, daha sonra isə Dağlıq Qarabağı əhatə edən ərazilərini öz suveren sərhədləri çərçivəsində bərpa etdi. Rusiyanın müdaxiləsi ilə imzalanan atəşkəs razılaşmasının daimi sülh sazişinə çevrilməsi bu gün ən çox gözlənilən məsələdir.

Cənubi Qafqaz, Türkiyə və Türk dünyası üçün son dərəcə əhəmiyyətlidir. 10 noyabr razılaşmasından sonra Türkiyənin təklif etdiyi “3+3” formatı (Türkiyə, Rusiya, İran + Azərbaycan, Ermənistan, Gürcüstan) Gürcüstanın Rusiya ilə münasibətlərinin pis olması səbəbindən  effektivliyini itirib. Bundan sonra Türkiyə Ermənistanla ikitərəfli danışıqlara başlayıb. Bu danışıqların ilki Moskvada, üçü Vyanada, sonuncusu isə İğdırda keçirilib. Görüşlər Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq və Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli sülhünün imzalanması istiqamətində əhəmiyyətlidir".


Politoloq qeyd edib ki, Türkiyə Prezidentinin Xarici Siyasət Şurasının üzvü professor Çağrı Erhanın “3+3” formatı əsasında bölgə analizləri, əslində, bölgənin reallıqlarından xeyli uzaqdır:

"Çünki bölgədə sülh yalnız Türkiyə-Rusiya-Ermənistan üçtərəfli razılaşması ilə mümkündür. Türkiyə 1991-ci ildə Ermənistanı tanıyarkən açdığı sərhəd qapılarını 2 aprel 1993-cü ildə Kəlbəcər işğal olunduğuna görə bağlamışdı. İndi bu səbəb aradan qalxdığı üçün həmin sərhəd qapılarını üçtərəfli sülhə aparan bir vasitə olaraq istifadə edir. Lakin bu vəziyyətin uzun müddət davam etməsi real görünmür. Buna görə də Azərbaycan-Türkiyə-Ermənistan arasında üçtərəfli sülhün tez bir zamanda imzalanması və Cənubi Qafqaza sabitliyin gətirilməsi vacibdir. Bu məqamda xüsusilə Zəngəzur dəhlizi ilə bağlı gözləntilər — onun forması, məzmunu və nəzarəti ilə əlaqəli bir çox suallar — yalnız üçtərəfli sülh vasitəsilə həll edilə bilər. Əlaqə xətləri, keçid prioritetləri kimi məsələlər də aydınlaşdırılaraq, Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünün bir an əvvəl imzalanması zəruridir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri