Icma.az
close
up
RU
Hava Av: Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar

Hava Av: Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) və Sahel Dövlətləri Konfederasiyasının birgə təşkil etdiyi “Afrikada investisiya perspektivlərinə müstəmləkəçiliyin mənfi təsirləri" adlı tədbirdə iştirak etdim. Müstəmləkə altında olan xalqların üzləşdiyi problemlərə diqqət verdikləri üçün təşkilatçılara, xüsusilə də Bakı Təşəbbüs Qrupuna təşəkkürmü bildirirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində tədbirin iştirakçısı, Liptako-Gourma Dövlətlərinin İnteqrasiya edilmiş İnkişaf Təşkilatının icraçı katibi Hava Av deyib.

“Paneldə Karib dənizindəki kiçik ada dövlətlərin nümayəndələri müstəmləkəçiliyin onlara olan mənfi təsirlərindən söz açdılar. Eyni mənfi təsirlər Afrikanın bir çox ölkələrində, eləcə də Malidə var. Afrikada da biz bu mənfi təsirləri yaşamışıq və hələ də yaşayırıq. Həqiqətən də, müstəmləkəçiliyin mənfi təsirləri olub və davam edir. Mali öz pavilyonunu BTQ-yə tədbiri təşkil etməyə verib və bu, təsadüfi deyil. Biz Sahel Dövlətləri Konfederasiyası, Mali, Niger və Burkino Faso ilə birlikdə taleyimizi öz əlimizə almağa qərar verdik”, - deyə H.Av müstəmləkəçiliyin mənfi təsirlərini qeyd edib.

“Dünyanın təbii sərvətlər və xammal ilə ən zəngin ölkələrini üçüncü dünya ölkələri və ya kasıb ölkələr adlandırırlar. Halbuki bizim ölkələrin zəngin sərvəti onları böyük dövlətlər (Fransa və digər Qərb ölkələri) edib və edir. Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar. Biz qərara aldıq ki, ölkələrimizin təbii sərvətlərindən xalqımız bəhrələnməlidir. Ona görə də müstəmləkiçiliyə yox deyərək ondan qurtulduq”, - deyə Hava Av vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri