Icma.az
close
up
RU
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul avqust aylarında...

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul avqust aylarında...

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olacaq və fəsil iki əsas fazada inkişaf edəcəkdir. Mövsümün başlanğıcını əhatə edən nisbi sabitlik fazasında temperatur iqlim norması daxilində tərəddüd edir”.

Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.AZ-a açıqlamasında səsləndirib: 

"İyul və avqust aylarında müşahidə edilən termik maksimum fazasında isə cənub mənşəli hava kütlələrinin intensiv daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksəlir; Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və Naxçıvanda isə 38-41°C, bəzən daha yüksək isti qeydə alınır”.


Ekspert qeyd vurğulayır ki, proqnoz modelləri yay ayları ərzində yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik göstərir. 

"Ölkə üzrə mövsümlük yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilsə də, dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında konvektiv buludluluğun inkişafı, lokal xarakterli intensiv leysan, şimşək və dolu düşmə ehtimalı yüksəkdir. Bununla əlaqədar olaraq dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.


Yay aylarında temperaturun bəzən çoxillik iqlim normasından yüksək olması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır. Cənub-şərqdən və cənub-qərbdən ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri temperaturun sıçrayışlı artmasına səbəb olur. Subregional səviyyədə antisiklon sahələrinin formalaşması buludluluğu minimuma endirir, insolyasiyanı intensivləşdirir və havanın enən hərəkətlərlə dinamik qızmasına gətirib çıxarır”.

C.Hüseynovun sözlərinə görə, ölkənin mürəkkəb relyefi yay istilərinin coğrafi paylanmasında kəskin fərqlər yaradır.

"Mərkəzi Aran və Naxçıvan kimi termik depressiya bölgələrində iqlimin kontinentallığı və relyefin qapalı strukturu istiliyin akkumulyasiyasına şərait yaradır və temperatur asanlıqla 40°C və üzərinə yüksəlir. Abşeron yarımadası və sahilyanı ərazilərdə isə Xəzər dənizinin termik ətaləti mövsümün əvvəlində kəskin istilərin qarşısını qismən alır. Lakin dəniz suyunun qızması və cənub-şərq küləklərinin üstünlük təşkil etməsi bürkü effekti yaradaraq effektiv temperaturu xeyli artır. Yay aylarında anomal isti günlərin tezliyinin və intensivliyinin artması qlobal istiləşmə, həmçinin El-Ninyo və La-Ninya cərəyanlarının regional fəsadları ilə birbaşa korrelyasiya təşkil edir. Son müşahidələr göstərir ki, Azərbaycanda yay fəsli klimatoloji olaraq daha aqressiv xarakter almaqla, daha tez başlayan və uzun sürən anomal istilik dalğaları ilə müşayiət olunur”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 İyun 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri