Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək 5 gün
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanda yaxın günlərdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 20-si günün ikinci yarısından etibarən dağlıq və dağətəyi rayonlarda, iyunun 21-dən 25-dək isə ölkənin bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir.
Sinoptiklər xəbərdarlıq edirlər ki, ayrı-ayrı bölgələrdə yağıntılar intensiv xarakter ala, şimşək çaxa və dolu düşə bilər. Həmçinin çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi ehtimal olunur.
Məlumata əsasən, küləkli və yağıntılı hava şəraitinin təsiri ilə iyunun 21-də havanın temperaturu əvvəlki günlərlə müqayisədə 4-7 dərəcə aşağı düşəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 19 İyun 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















