Hava limanı yolunda qadın motosikleti vurdu, sürücüsü ağır yaralandı VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Hava limanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 8-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil motosikletlə toqquşub.
Zərbənin təsirindən motosiklet bordürə çırpılıb, sürücü isə bir neçə metr kənara düşüb. Nəticədə motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub. Şərh bölməsində istifadəçilər motosikletin “Hyundai”ı idarə edən qadın sürücünün önünə qəfil çıxdığını bildiriblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















