Icma.az
close
up
RU
Hava limanında iki taksi şirkətinə üstünlük verib, qalanlarına icazə verməmək inhisarçılıqdır

Hava limanında iki taksi şirkətinə üstünlük verib, qalanlarına icazə verməmək inhisarçılıqdır

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Bakıda hava limanından şəhər istiqamətində yalnız "London Premium" və "Bolt Airport" kateqoriyalı taksilərin fəaliyyətinə icazə verilib. Digər taksilərdən istifadə edilməsi qadağan edilib. Üstəlik taksi xidməti olduqca yüksək qiymətə təklif olunur. Ona görə də bu məsələ inhisarçılıq kimi qiymətləndirilir. Eyni zamanda xidmətin çox baha olduğunu bildirən bəzi ekspertlər, o cümlədən deputatlar təklif edirlər ki, hava limanında taksilərdə sayğacdan istifadə edilsin.

Bu mövzuda Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, dünya praktikasında taksilərdə sayğaclar quraşdırılması geniş yayılıb:

"Bütün hərəkət zamanı müəyyən olunmuş hər bir kilometrə görə qiymətlər müəyyənləşdirilir və sayağacın yazdığı qiymət nə qədər olursa, sonda müştəri həmin pulu ödəyib gedir. İstər şəhər daxilində olsun, istər digər istiqamətlərdə qayda eynidir. Amma istisnalar var ki, uzun və qısa yollarda  konkret bir qiymət müəyyənləşdirilən sistem də var. Məsələn, Türkiyədə belə bir sistem var. Məsafə qısa olanda 130 türk lirəsi ödəniş nəzərdə tutulur. O 130 türk lirəsi yaxın məsafələrdə az da yazsa, çox da yazsa, həmin 130 TL-ni müştəri ödəmək məcburiyyətindədir. Hava limanından Ankaraya, ya hava limanından İstanbula bəzi taksi xidmətləri konkret tariflər müəyyənləşdirirlər. Özləri sürücüyə bildirirlər ki, məsələn1500 TL-yə və yaxud da 2000 TL-yə mən sizi hava limanından mənzil başına çatdıra bilərəm. Ən azından bizə yaxın olan Türkiyə Cümhuriyyətində bu praktika var".

Ekspertin fikrincə, uzun məsafələrə sayağac quraşdırılması və sayağaclarla hesablamalar bir o qədər əlverişli deyil:

"Bizim vətəndaşlarımız üçün də o baxır nə qədər məbləğ müəyyənləşdirəcəklər. Bəlkə elə onu optimallaşdıracaqlar ki, həmin o sayğacların yazdığı qiymət gəlib elə aşağı-yuxarı 10-15 manat civarında olacaq. Bunu da deyə bilmərik. Ola bilər ki, kilometrə görə elə bir qiymət sayğaclarda müəyyənləşdirərlər ki, Bakı hava limanından hansısa şəhərin mərkəzinə qədər 50-60 manata qədər də dəyişə bilər".

İlqar Hüseynlinin sözlərinə görə, hava limanında taksi xidmətinin göstərilməsi ilə bağlı qoyulan məhdudiyyətlər əslində inhisarçılıqdır:

"Dövlətə vergi, rüsum ödəyib, lisenziya, sertifikat almış və ölkə hüdudlarında taksi xidmətini həyata keçirən istənilən hüquqi şəxsin və yaxud da ki, fiziki şəxslərin hüquqlarının pozulmasıdır. Mən düşünürəm ki, burada konkret olaraq "London Premium", "Bolt Airport" taksi şirkətlərinə xüsusi imtiyazlar verib, hava limanında fəaliyyət göstərməyə icazələr tətbiq olunması və digərlərinə qadağalar qoyulması, ümumiyyətlə, həm ölkənin vətəndaşlarının, həm hüquqi olaraq, bütün mənalarda hüquqlarının pozulmasıdır. Burda biz nə edə bilərik? Hava limanının aeroportun idarəsi, idarəçiləri, onlar konkret taksi xidmətləri üçün standartlar və normalar müəyyənləşdirə bilər və bütün şirkətlərə deyə bilər ki, bu xidməti yerinə yetirmək üçün taksi avtomobil vasitələrinizi bizim istədiyimiz standartlara gətirin. O standartlara cavab verməyən taksilərin xidmətdən çıxarılmasını normal qarşılamaq olar. Amma bütövlükdə bir şirkətə, iki şirkətə üstünlük verib, qalanlarının hamısına sən burada xidmət eləyə bilməzsən demək həm hüquq pozuntusudur, həm də birbaşa inhisarçılığın göstəricisidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri