Icma.az
close
up
RU
Hava limanından şəhərə gəlmək istəyənlərə VACİB XƏBƏR: Sifarişlər necə qəbul ediləcək?

Hava limanından şəhərə gəlmək istəyənlərə VACİB XƏBƏR: Sifarişlər necə qəbul ediləcək?

Icma.az, News24 portalına istinadən məlumat verir.

Kütləvi informasiya vasitələrində sentyabrın 8-dən taksi şirkətlərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzi hissələri istiqamətində olan sifarişləri qəbul edə bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb. Bu məsələ vətəndaşlar arasında birmənalı qarşılanmayıb və müzakirə mövzusuna çevrilib. Müzakirələrə qoşulanların fikrincə, bu yerində verilmiş qərardır. Çünki taksi şirkətləri bir çox hallarda sərnişinlərə problem yaradır, sifarişi yubadır və ya yük götürmədiklərini bildirərək sərnişindən əlavə ödəniş tələb edirdilər.

Maraqlıdır, bəs taksi şirkətlərinin hava limanından sifariş qəbul edə bilməmələri sərnişinlərin hərəkətinə necə təsir göstərəcək? Hava limanında olan sərnişinlər şəhərə necə gələcəklər? 

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı News24.az-a bildirib ki, bu problem uzun illərdir müşahidə olunur, lakin hələ də ciddi şəkildə həllini tapmayıb:

"Hazırda nə “Bolt”, nə də “Uber” bu məsələyə dair rəsmi açıqlama yayıb. Aeroport taksiləri dünya təcrübəsində olduğu kimi bizdə də peşəkar şəkildə tənzimlənməlidir. Burada peşəkar sürücü heyətinə ehtiyac var. Ən azından müəyyən dil bilgisi olan sürücü olmalıdır. Yoxsa elə hər yerindən duran gedib sürücü olmamalıdır".

Elməddin Muradlı bildirib ki, çox vaxt sərnişinlər aeroportdan çıxdıqdan dərhal sonra sürücülərin israrlı şəkildə xidmət təklifləri ilə qarşılaşır və bu, narazılığa səbəb olur:

“Dəfələrlə şahidi olmuşuq ki, sürücülər hava limanından çıxan sərnişinlərə yaxınlaşıb gedəcəkləri yerə aparmaq üstündə ajiotaj yaradırlar. Hərə öz ağlına gələn qiyməti deyir. Bu, düzgün yanaşma deyil".

Ekspertin fikrincə, çıxış yolu yalnız vahid sistemin tətbiqi və sabit tariflərin müəyyən olunmasındadır:

“Qiymətlər sabit olmalı, sərnişin əvvəlcədən ödəniş şərtlərini bilməlidir. Əks halda həm turistlər, həm də yerli sərnişinlər çaşqınlıq yaşayır və narazı qalır. Hər halda, rəsmi açıqlamaları gözləmək lazımdır".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı açıqlamada da bildirilib ki, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri