Icma.az
close
up
RU
Hava yay biznesinə zərbə vurdu, amma... Ekspertdən XOŞ XƏBƏR

Hava yay biznesinə zərbə vurdu, amma... Ekspertdən XOŞ XƏBƏR

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Yay mövsümünün daxil olması ilə havaların qeyri-sabit keçməsi təkcə əhali üçün deyil, mövsümi gəlirə arxalanan bir çox sahibkar üçün də gözlənilməz çətinliklər yaradır.

Mövzu ilə bağlı Ölkə.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, adətən mayın sonlarından, iyunun əvvəllərindən artıq yay mövsümü ilə bağlı biznes istiqamətləri, xüsusən də çimərliklər fəaliyyətə başlayır və bu istiqamətdə əlavə köməkçi biznes sahələri də aktivləşir:

“Lakin gördüyünüz kimi, hələ də insanlarımız daha çox qapalı tipli hovuzlara, çimərlik sahələrinə üz tuturlar. Bu da havanın küləkli keçməsi və dənizin hazırda üzmək üçün təhlükəli olması ilə bağlıdır. Bununla bağlı müvafiq dövlət qurumları dəfələrlə xəbərdarlıq edibdir. Bu baxımdan, müəyyən itkilərlə qeyd olunan biznes sahəsinin sahibləri rastlaşıblar. Amma mən düşünmürəm ki, bu mövsümü tamamilə əhatə edən bir biznes itkiləri olacaq. Çünki yayın gec başlaması, küləkli havaların hələ də davam etməsi və havaların mülayim keçməsi o demək deyil ki, yayın qısa olacağını proqnozlaşdırmaq olar. 

Düşünürəm ki, əvvəllər avqust ayının sonlarında havanın mülayimləşməsi baş verirdisə, indi bu sentyabra qədər çəkə biləcək. Yəni fikrimcə, bu, sadəcə iqlim tarixinin yerinin dəyişməsidir, yayın qısalması deyil. O baxımdan çox böyük itkilərin olacağını düşünmürəm. Amma bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, ölkədə maariflənmə səviyyəsi yüksək olan biznes insanlarının yetişməsinə çox böyük zərurət var. Biznes anlayışı bizdə çox zaman bir şəxsin müəyyən bir sahədə bacarığı ilə uzun illər fəaliyyət göstərməsi kimi başa düşülür. Lakin qanunvericilikdə baş verən dəyişikliklər, qayda və prosedurların yenilənməsi, eləcə də bazarda alternativ və yeni iştirakçıların artması həmin biznesə ciddi təsir göstərir. Təəssüf ki, bu amillər çox zaman əvvəlcədən nəzərə alınmır”.

V.Orucun sözlərinə görə, biznes elə bir sahədir ki, orada innovativ yanaşmaya çox böyük ehtiyac var:

“Diversifikasiya etmək bacarığına çox böyük ehtiyac var, biznesin istiqamətlərini fərqləndirmək, yönünü dəyişmək, yaxud da ki, alternativ biznes plasdarmı yaratmaq kimi zərurətlər Azərbaycan biznesində çox təəssüflər olsun ki, hələ də nəzərə alınmır.

Ona görə mən düşünürəm ki, iqlimə, sərəncamlara və yaxud da qanunvericiliyə ayrı-ayrı icra orqanlarının biznesi üçün ortaya qoyduğu yeni şərtlərə əsasən, biznesi qurmaqdansa, hazırlıqlı biznes sahibi olmaq daha məqsədə müvafiqdir. Yəni biznesmen əgər bütün təbiətin və yaxud da ki, hər hansı bir qanunvericiliyin yaratdığı çətin şərtlərə hazırlıqlı deyilsə, onun 30 il kənd bazarında eyni yerdə yağ, şor, pendir satan alverçilərdən heç bir fərqi yoxdur. Ona görə də əgər biznes adamından söhbət gedirsə, istiqamətin dəyişməsinə hazırlıqlı olmalıdır. 

Məsələn, əgər çimərlik sahibiyəmsə, çimərlik sahibi, eyni zamanda üstüörtülü hovuzları da düşünməlidir ki, havalar əgər bir müddət indiki kimi mülayim keçərsə, insanların istirahət planlarına uyğun olaraq onlara fərqli istiqamətlər, sahələr təqdim edə bilsin. Ona görə düşünürəm ki, kim biznesdə innovativ düşünməyi bacarırsa, fərqli davranışlar nümayiş etdirə bilirsə, o zaman bu dövr həmin insanlar üçün o qədər də çətin olmayacaq. 

Düşünürəm ki, havanın qeyri-sabit keçməsi yay mövsümünə hazırlaşan biznes sahiblərinə müəyyən zərər vurub. Amma bu zərərin bu və ya digər formada kompensasiya edilməsi üçün kifayət qədər müddət var”.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri