Icma.az
close
up
RU
Xoş xəbər qəlbimizi nurlandırır

Xoş xəbər qəlbimizi nurlandırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Vay xəbər” isə mənəvi zəhərə çevrilib

Adətən, səhər yeməyindən sonra həm qəzetləri, həm də informasiya portallarının xəbərlərini gözdən keçirirəm ki, bu məmləkətdə və dünyada nələr baş verdiyindən agah olum. Xəbərləri oxuduqca elektrik cərəyanına qoşulmuş kimi gərginliyim artır. Çünki xəbərlərin çoxu bir-birindən əsəbi, həyəcanlıdır: “oğul atanı güllələdi”, “ana körpəsini zibilliyə atıb qaçdı”, “dustaq özünü asdı”, “bir ailənin 5 üzvü yanıb kül oldu” və ilaxır və sair. Elə bil bu məmləkətdə xoş, sevinc doğuran hadisə baş verməyib. Bunlar, xalq arasında deyildiyi kimi, loxəbərçilərin məhsuludur və sosial medianı qidalandırmaq deməkdir.

Xəbər və yazı oxunuşunu axıradək davam etdirməyə hövsələm çatmır...Bununla məsələ həll olundumu? Xeyr! Oxuduğum xəbər başlıqlarının təsirindən hələ də ürəyim şiddətlə döyünür...

Gündəlik informasiyaya qulaq verənlər yaxşı bilirlər, indi mediamızın təqdim etdiyi xəbərlərdə bir gərginlik var və bu ağrılı, xoşagəlməz hal getdikcə güclənir. Xüsusilə xəbərlərdə kriminallıq öz çəkisini getdikcə artırır. Təəssüf ki, bu hal istər-istəməz oxucuya sirayət edir. Həmin xəbərlərin həqiqəti əks etdirdiyinə sözümüz yoxdur, gerçəkdir. Çünki dünyamız çox narahatdır, həyatımızda kriminal olaylar çoxalıb. Amma hər doğru olanı oxucuya çatdırmaq lazımdırmı?

Bir vaxtlar Türkiyə mediasına baxanda təəccüblənərdik, xüsusilə də telekanallara. İnsanları güdür, tanınmış adamları izləyir, kiminlə oturub durduğunu, nə yeyib-içdiyini, yaxud ailəsində nə baş verdiyini öyrənir və onları xəbər halına gətirirdilər. Artıq bu vərdiş bizlərə də sirayət edib. Kim kimlə görüşdü, kimin əri hansı həcidi, kim neçənci dəfə evlənir? Yaxud baxırsan ki, ortabab müğənnidi ancaq telexəbərdə elə təqdim edirlər ki, guya sənət korifeyidi.Villasını, maşınlarını, yataq otağını, hətta qarderobunu çəkib tamaşaçıya göstərirlər. Halbuki, şöhrətli alimlərimiz, vicdanlı, zəhmətkeş insanlarımız haqda hərdənbir qısa xəbərlər verirlər.

Uzun illər kütləvi informasiya vasitələrində çalışmış bir çox həmkarlarım kimi, mən də xəbərçiliyin bu vəziyyətə düşməsindən narahat oluram. Başa düşürəm ki, operativ xəbərçilik jurnalistikada əsas amillərdəndir. Amma əxlaq deyilən çox vacib bir anlayış da var axı. Elə hər hansı xəbər əlinə düşdüsə, onun əxlaqa nə qədər uyğun və ya zidd olduğunu düşünmədən yazmaq doğrudurmu? Hər kəsin əlində bir “süzgəci olmalıdır və eşitdiklərini, gördüklərini o “süzgəc”dən keçirərək cəmiyyətə təqdim etməlidir. O “süzgəc” əxlaqımız, milli mənəvi dəyərlərimiz, yazılmamış bəzi qanunlarımızdır.

İndi xəbərçilikdə “kopyalama” , yaxud informasiya oğurluğu geniş yayılıb. Bir də görürsən ki, bir müxbir pensiya və əmək haqlarının artırılması ilə bağlı hansısa deputatdan məlumat alır. Baxırsan ki, sabah əksər agentliklər həmin informasiyanın sərlövhəsini dəyişərək oxucuya təqdim edir. Bu, tirajlama bəzən həftədən çox çəkir, yaxud çoxlarının yaxşı tanıdığı bir araşdırmaçı jurnalist iqtisadi və sosial yönümdə tez-tez maraqlı xəbərlər ortaya çıxarır. Gözlərinə döndüyüm bəzi portallar da həmin xəbərə heç nə əlavə etmədən (bəzən müəllifinin adını da “unudurlar”) oxucuya təqdim edir, heç üzr də istəmirlər....

Yeni nəsillər dinlədikləri və oxuduqları xəbərlərin təsiri altında formalaşırlar. Yəni bizim yazdığımız və göstərdiyimiz hər hansı xəbər az da olsa, böyüyən nəslin tərbiyəsinə öz təsirini göstərir. Bir məqama diqqət yetirmək istəyirəm. Bilirsiniz ki, bugünki gənclik 5 ərə gedib boşanmış və ya 7 dəfə evlənmiş sənətçini çox normal qəbul edir və hətta konsertində onun adını dəli kimi qışqırırlar.

Belələri, əslində, ikraha, məzəmmətə layiqdir. İnsanlıq, mənəvi dəyərlər o cür adamlar üçün heç bir anlam ifadə eləmir. Amma onlar xəstə medianın dəstəyi ilə cəmiyyətin sevilən fərdlərinə çevrilirlər. Unutmayaq ki, bu yolu tutan media gəncliyin də şüurunu zəhərləyə, poza bilər.

Elza Seyidcahandan yazhayaz keçirlər Təranə Qumrala. Vəfa Şərifovanın boşanması “dərd” olub bunlara... Belələri haqqında iki-üç gündən bir xəbər yazıb, onları ekrana çıxarıb niyə populyar edirlər? Yaşlı xanım müğənninin bir-birini töhmətləndirməsinə proqramda geniş yer vermək nəyə lazımdır? Bəzi telekanalların şou və xəbər proqramları bu cür xoşagəlməz, bayağı, əxlaqa uyğun olmayan söz-söhbətlərlə, xəbərlərlə doludur...

Hər bir xalqın əxlaq, ləyaqət meyarları var. Yüz illərlə dədə-babalarımız, ana-bacılarımız o ölçüləri, yazılmamış qanunları qoruyub saxlayıblar. Heç kimə imtiyaz verilmir ki, mənəviyyatımızı zədələsin...

Nurani, müdrik ağsaqqallarımız, abır-həyalı ağbirçəklərimiz, halallıqla yaşayan şöhrətli alimlərimiz, sənətkarlarımız, qəhrəmanlığı gizli qalan şəhidlərimiz, qazilərimiz, şəhid analarımız, vəfalı xanımlarımız var. Elin-obanın dərdi-səri azdı bəyəm...

Həyat bol mövzu qaynağıdır. Hər gün müxtəlif problemlərlə qarşılaşırıq. Onlar xəbər halına gətirilməli və haqlı olanın yanında dayanılmalıdır. Yazanda vicdanınızı oyadın, oxucunun ürəyincə olan xəbərlər yazın! Toplumu, xüsusilə gəncliyi doğru yola yönəltməyə çalışın.

Elə bilirəm ki, xəbərçilikdə, belə demək mümkünsə, islahat aparılmalı, müəyyən çərçivələr dəyişməlidir. Öncə qeyd etdiyimiz kimi, xəbər obyektivliklə yanaşı, əxlaqa söykənməlidir. Mənəvi dəyərlərimizə zidd xəbərlərin oxucuya, dinləyiciyə çatdırılmasının qarşısı alınmalıdır.

Hər peşə və sənətin ağrılı tərəfi, bir xəstəliyi var. Məsələn, qaynaqçıların gözləri tez zəifləyir, saçları tez bəyazlaşır, sürücülərin belində radikulit olur, dəlləklərin ayağı tez şişir. Biz jurnalistlərin də əsəbləri tez xarab olur. Hətta bir sorğuya görə, (nə dərəcədə doğru olub-olmamasına mən cavabdeh deyiləm) ən az yaşayan peşə sahibləri şaxtaçılar və jurnalistlərdir. Neyləyək, bu da bizim qədərimiz, qismətimizdi...

Səməd MƏLİKZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri