Icma.az
close
up
RU
Havada ölüm dirim savaşı Dubaydan İsrailə uçan təyyarədə baş verənlərin təfərrüatı VİDEO/FOTO

Havada ölüm dirim savaşı Dubaydan İsrailə uçan təyyarədə baş verənlərin təfərrüatı VİDEO/FOTO

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən bütün dünya mediasının əsas gündəm mövzusu Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysində baş verənlər oldu. Zaman keçdikcə, təyyarədə nələrin olduğuna aydınlıq gəlir.

Beləliklə, məlum olur ki, pilotlardan biri qəsdən qəza törətməyə cəhd edib. Bu zaman “Boeing 737” sərnişin təyyarəsi Səudiyyə Ərəbistanı üzərində qəza siqnalı verərək istiqamətini dəyişib. Hazırda ən çox səsləndirilən versiya budur ki, pilotlardan biri(sonradan məlum olub ki, adı açıqlanmayan həmin pilot Oman vətəndaşıdır) digərini qətlə yetirərək, təyyarəni təkbaşına ələ keçirmək və onu yerə çırpmaq istəyib.

Qeyd edək ki, daha əvvəl pilotların Rusiya və Ukrayna vətəndaşları olduğu və onların arasında dava düşdüyü barədə məlumatlar yayılmışdı. Lakin sonradan məlum oldu ki, əksinə, təyyarədə sərnişin kimi uçan rusiyalı və ukraynalı pilotlar onun idarəetmə sükanı arxasına keçərək, təyyarəni uğurla yerə endiriblər. Daha sonra təyyarəni idarə edənin ingilis olduğu barədə məlumatlar yayıldı.

27 uşaq da daxil olmaqla 174 sərnişinin olduğu təyyarədə baş verənlərə gəlincə, uçuşdan üç saat sonra heyət qəza siqnalı verib. Pilotlar nə İsrail, nə də İordaniya hava nəqliyyatının idarə olunması mərkəzlərilə əlaqə saxlamayıb. Onlar əvvəlcə beynəlxalq ümumi qəza siqnalı olan 7700 kodunu, qısa müddət sonra isə qanunsuz müdaxilə və ya qaçırma barədə məlumat vermək üçün istifadə edilən 7500 kodunu ötürüblər.

Kabinada pilotlar arasında öncə mübahisə yaranıb və bu mübahisə sonradan davaya çevrilib. Bu da nəticədə təcili yardım kodunun aktivləşməsinə səbəb olub. Aviaşirkət mübahisəni təsdiqləyib və bildirib ki, əlbəyaxa dava pilotlardan biri huşunu itirənə qədər davam edib. Onlardan birinin – Omandan olan pilotun hindistanlı digər pilotu bıçaqla vurduğu bildirilir. Həmin vaxt təyyarə sürətlə aşağı doğru istiqamət götürüb. Lakin hindistanlı pilot ağır yaralı olmasına baxmayaraq, çətinliklə kabinadan salona keçən qapını açmağa müvəffəq olub. Bu arada təxminən 10.000 metr hündürlükdə uçan təyyarə qısa müddətdə 4500 metrə düşüb. Bundan sonra təyyarədəki sərnişinlər davaya müdaxilə edib və təyyarəni ələ keçirmək istəyən pilotu zərəsizləşdirə biliblər. Sonra isə təyyarədəki digər pilot, yaxud pilotlar idarəetməni öz üzərlərinə götürüblər və təyyarəni sabitləşdirə biliblər.

Təyyarədə paltarında və üzündə qan olduğunu lentə alan sərnişinlərdən biri deyib ki, "terrorçunu zərərsizləşdirdik, köməyə ehtiyacımız var". Sonradan məlum olub ki, bu sərnişin pilotla əlbəyaxa olan İsrail vətəndaşıdır.


Beləliklə, təyyarə İordaniya sərhədinə çatıb və sonra İordaniya hava məkanına girmədən geri dönərək Səudiyyə Ərəbistanının şimal-qərbindəki Təbuk Hava Limanına yola düşüb, sonda Sultan bin Əbdüləziz Hava Limanına eniş edib.

Səudiyyə Ərəbistanı İsrailə Təbuk Hava Limanında sərnişinləri götürmək imkanı verməyib. Daha sonra “Flydubai”nin ehtiyat təyyarəsi bütün sərnişinləri götürərək İsrailə yola düşüb.

İsrail hakimiyyəti artıq hadisəni terror aktı cəhdi kimi qiymətləndirib. Baş nazir Benyamin Netanyahu hava limanına gələrək, sərnişinləri şəxsən qarşılayıb və məlum pilotun zərərsizləşdirilməsində iştirak edən israillini “qəhrəman” elan edib. Hindistanda isə bıçaqlanmasına rəğmən təyyarənin ələ keçirilməsinə imkan verməyən digər pilot Baş nazir Narendra Modi tərəfindən “qəhrəman” elan olunub. Hazırda yaralanan pilotun vəziyyəti stabil qiymətləndirilir.


Artıq mediada bu hadisəni 11 sentyabr terrorunun təkrarı cəhdi adlandıranlar var. Çünki pilotun təyyarəni hara çırpacağı bəlli deyildi və onu hansısa göydələnə yönəldəcəyini istisna etmək olmazdı. Ancaq hər halda, tam olaraq bu təyyarədə nələr baş verdiyini və pilotun motivlərini istintaq müəyyən edəcək.



C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri