Icma.az
close
up
RU
Havanı süni şəkildə dəyişən ölkələr: hərbisiyasi müdaxilənin gizlinləri

Havanı süni şəkildə dəyişən ölkələr: hərbisiyasi müdaxilənin gizlinləri

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi ölkələr havanın süni şəkildə dəyişdirilməsini gizli saxlayır. Havanın idarə edilməsi texnologiyaları əsasən elmi tədqiqatlar və faydalı məqsədlər üçün istifadə olunsa da, bu mövzu ətrafında bir çox nəzəriyyələr və narahatlıqlar mövcuddur. Ümumiyyətlə, süni hava dəyişdirmə nədir?

Ölkə.az xəbər verir ki, Musavat.com müxtəlif xarici mənbələrdən əldə etdiyi bilgilərə əsasən xəbər verir ki,  havanın süni şəkildə dəyişdirilməsi atmosferdə müəyyən prosesləri manipulyasiya etməklə hava şəraitinə təsir etmək deməkdir. Ən çox istifadə olunan metodlardan biri "bulud toxumlama" texnologiyasıdır. Bu prosesdə kimyəvi maddələr, məsələn, gümüş yodid və ya duz buludlara səpilir ki, yağış və ya qar yağması təmin olunsun. Bu isə müxtəlif ölkələrdə fərqli məqsədlər üçün istifadə olunur.

Misal üçün, kənd təsərrüfatında geniş istifadə olunur. Eyni zamanda, quraqlıq olan bölgələrdə yağış yağdırmaq məqsədi daşıyır. Fəlakətlərin qarşısını almaq, sel və daşqınları azaltmaq üçün yağışları müəyyən bölgələrə yönəltmək olur. Meşə yanğınlarının söndürülməsinə  kömək etmək üçün də istifadə edilir.

Onu da nəzərə çatdıraq ki, süni hava dəyişdirmə texnologiyalarının bəzi ölkələrdə hərbi məqsədlər üçün istifadə edildiyi iddia edilir. Qeyd edilir ki, belə müdaxilələr iqlim müharibəsinə səbəb ola bilər.

Bununla belə, süni hava manipulyasiyası ekosistemi poza və təbii balansı zədələyə bilər. Mütəxəssislər qeyd edir ki, bəzi dövlətlərin bu texnologiyaların istifadəsini gizlətməsi və ictimaiyyəti məlumatlandırmaması ciddi narahatlıq doğurur. Havanın süni şəkildə dəyişdirilməsi texnologiyaları əsasən inkişaf etmiş ölkələrdə və iqlim problemləri ilə üzləşən regionlarda istifadə olunur. Bu texnologiyalardan istifadə edən bəzi əsas ölkələrdən Çini göstərmək olar. 2021-ci ildə Çinin genişmiqyaslı süni hava proqramlarını işə saldığı bildirilmişdi. Bu proqram ölkənin 60%-ni əhatə etməyi hədəfləyirdi.

ABŞ də hava modifikasiyası texnologiyalarında öncül ölkələrdən biridir. Vyetnam müharibəsində "Operation Popeye" (1967-1972): ABŞ ordusu yağışları artırmaq üçün hava manipulyasiyası texnologiyalarından istifadə etmişdi. Məqsəd düşmənin hərəkətini çətinləşdirmək idi.

Rusiya da süni hava texnologiyalarından əsasən böyük tədbirlərdə və iqlim problemlərinin həllində istifadə edir. Moskva və digər böyük şəhərlərdə hava şəraitini yaxşılaşdırmaq üçün milli bayramlar zamanı buludlar dağıdılır. Rusiya həmçinin bu texnologiyaların müdafiə məqsədilə istifadə edilməsi üzərində araşdırmalar aparıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) quraqlıqla mübarizə və su ehtiyatlarını artırmaq üçün süni yağış texnologiyası tətbiq olunur.

BƏƏ-də bulud toxumlama texnologiyası geniş istifadə olunur və 2017-ci ildən ölkə bu sahədə böyük sərmayələr qoyub. 2021-ci ildə BƏƏ dron texnologiyası ilə süni yağış yağdırmaq üçün yeni texnologiyalar təqdim edib.

Hindistanda əsasən kənd təsərrüfatı və su ehtiyatlarının artırılması məqsədilə istifadə edilir. Quraqlıq olan bölgələrdə yağış yağdırmaq üçün bulud toxumlama layihələri həyata keçirilir. Avstraliyada su çatışmazlığı və kənd təsərrüfatı problemlərini həll etmək üçün texnologiyalar tətbiq edilib.  Avstraliyada bulud toxumlama ilə su ehtiyatlarının artırılmasına yönəlmiş layihələr həyata keçirilib. Səudiyyə Ərəbistanı- səhralıq iqlimi olan bu ölkədə süni yağış texnologiyaları ilə yağıntı miqdarını artırmağa çalışılır. Bu texnologiyaların geniş istifadə olunmasına baxmayaraq, onların etik, ekoloji və sosial təsirləri ilə bağlı suallar hələ də müzakirə olunur. Bəzi ölkələrdə isə bu texnologiyaların hərbi məqsədlər üçün istifadə olunması narahatlıq doğurur.

Bəzi mənbələrdə qeyd edilir ki, siyasətçilər də süni hava dəyişdirmə texnologiyalarını bir sıra məqsədlər üçün istifadə edə bilir. Bunlar əsasən sosial, iqtisadi, siyasi və strateji hədəflərə nail olmaq üçün tətbiq olunur. Əhəmiyyətli dövlət tədbirlərində və ya beynəlxalq görüşlər zamanı hava şəraitini yaxşılaşdırmaq üçün istifadə edilir. Süni hava dəyişdirmə texnologiyaları bəzi ölkələr üçün diplomatik alət kimi də istifadə olunur. Məsələn, inkişaf etməkdə olan ölkələrə bu texnologiyanı təqdim etməklə beynəlxalq nüfuz qazanmaq və iqtisadi əməkdaşlığı artırmaq mümkündür.

Süni hava texnologiyaları hərbi məqsədlər üçün istifadə edilə bilər. Yağış yağdırmaq və ya quraqlıq yaratmaq düşmənin təchizatına və hərbi əməliyyatlarına zərbə vurmaq üçün tətbiq oluna bilər.

Siyasi rəqiblərin kənd təsərrüfatına və iqtisadiyyatına mənfi təsir göstərmək üçün iqlim manipulyasiyası da nəzərdən keçirilir. Bu isə iqlim müharibəsi riski yaradır.

Mütəxəssislər qeyd edir ki, havanın süni şəkildə dəyişdirilməsi beynəlxalq hüquq çərçivəsində məhdudlaşdırılmalıdır. Siyasətçilər üçün süni hava dəyişdirmə texnologiyaları həm faydalı vasitə, həm də potensial manipulyasiya aləti kimi çıxış edir. Bununla bağlı şəffaflıq və etik yanaşma vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Noyabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri