Icma.az
close
up
RU
Havanın yağışlı keçməsi çiyələk yığımını gecikdirsə də, məhsuldarlıq yüksəkdir Cəlilabaddan reportaj VİDEO

Havanın yağışlı keçməsi çiyələk yığımını gecikdirsə də, məhsuldarlıq yüksəkdir Cəlilabaddan reportaj VİDEO

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad, 14 aprel, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunda örtük altında yetişdirilən çiyələyin yığımına start verilib. Son günlər hava şəraitinin qeyri-sabit olması yığım prosesini müəyyən qədər gecikdirsə də, fermerlər, ümumilikdə, məhsuldarlıqdan və satışdan məmnundurlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il cəlilabadlı fermerlər və məhsul istehsalçıları xüsusilə məhsuldarlığı ilə diqqət çəkən “Murano” və “Viktoriya” növlərinə üstünlük veriblər. Bu növ çiyələklər həm yüksək məhsuldarlığı, həm də bazarda tələbat olması ilə fərqlənir. Dadı və görünüşü də alıcıların diqqətini cəlb edir.

On hektar sahədə çiyələk əkən fermer Vüqar Musayev örtük altında yetişdirilən çiyələyin yüksək keyfiyyətə malik olduğunu deyir. Hazırda onun sahəsində məhsulun ilkin yığımına başlanılıb. Fermerin sözlərinə görə, havanın yağışlı keçməsi məhsul yığımını 10 gün gecikdirib. Lakin buna baxmayaraq, bu il çiyələk sahələrində məhsuldarlıq olduqca yüksəkdir.

“Bu il məhsulu əsasən örtük altında yetişdirmişik. Açığını deyim, bu üsulla yetişən çiyələklər həm keyfiyyətcə daha yaxşı olur, həm də bazarda alıcısı çoxdur. İndi sahəmizdə ilkin yığım başlayıb. Havanın yağışlı keçməsi yığımı bir az – təxminən 10 gün gecikdirsə də, ümumi götürəndə məhsuldarlıq yüksəkdir. Əkin zamanı "Murano" və "Viktoriya" növlərinə üstünlük vermişik. Hər iki növ həm dadlıdır, həm də satış baxımından sərfəlidir. Ən əsas üstünlüklərindən biri odur ki, bu növlər sərt hava şəraitinə və iqlimdəki dəyişikliklərə qarşı davamlıdır”, - deyə Vüqar Musayev bildirib.

Hazırda çiyələyə olan tələbat kifayət qədər yüksəkdir. Bu səbəbdən fermerlər yığdıqları məhsulu əsasən ölkə daxilindəki bazarlara çıxardırlar. Alıcı çox olduğuna görə məhsul elə yığım məntəqəsində satılır. İxrac imkanları olsa da, hazırda bütün diqqət yerli bazarın təmin olunmasına yönəlib.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Fərid Mansurov bildirib ki, bu il rayonda 650 hektar sahədə çiyələk əkilib. Bu göstərici ötən illə müqayisədə çoxdur. Belə ki, 2024-cü ildə bu rəqəm 606 hektar idi. Bu da onu göstərir ki, fermerlər çiyələk təsərrüfatına marağı artırıb, çünki həm qazancı yaxşıdır, həm də bazarda tələbat var.

Çiyələk məhsulunun yığılması sentyabra qədər davam edir. Hazırda çiyələyin daxili bazarlarda satış qiyməti 4-6 manat aralığında dəyişir. Qiymətlər bölgədən-bölgəyə, eləcə də məhsulun keyfiyyətinə görə fərqli olur. Alıcılar xüsusilə təzə, iri və şirəli çiyələyə daha çox üstünlük verirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri