Icma.az
close
up
RU
Qarabağdakı qələbə Köçəryan Sarkisyan tandeminə hədiyyə olunmuşdu

Qarabağdakı qələbə Köçəryan Sarkisyan tandeminə hədiyyə olunmuşdu

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə yazdığı gizli məktubun mətni açıqlanıb. Bir çox siyasi ekspertlər məktubu Sarkisyanın ifşası və etirafı kimi qiymətləndirirlər.

Məktubda ən diqqətçəkən məqam Ermənistanın Rusiyadan Azərbaycana təzyiq göstərməsinə açıq çağırış etməsi, hətta Bakının tələbləri qəbul etməyəcəyi təqdirdə “Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınması prosesinə başlamaq barədə təklif irəli sürməsidir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Baş nazir Nikol Paşinyanın keçmiş "Dağlıq Qarabağ" problemi ətrafında aparılan danışıqlarla bağlı yaydığı sənədlər Azərbaycanın heç vaxt ərazi məsələsini müzakirə etmədiyini, öz mövqeyində qətiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təzyiqlərinə boyun əymədiyini bir daha aydın göstərir:

“Sənədlərdə həm də görünür ki, Sarksiyan-Köçəryan tandemi uzun müddət danışıqlar aparmalarına baxmayaraq, Azərbaycandan heç nə qoparmağa nail ola bilməyiblər. Onların Azərbaycana qarşı ərazi iddiaları daim rədd edilib. Digər yandan, 2016-cı ildən sonra Ermənistanda dərk edilir ki, Qarabağ məsələsini onların istədiyi formada həll etmək mümkün olmayacaq. Bu zaman Rusiya diplomatiyasını və Rusiya Prezidentini Azərbaycana qarşı qoymaq cəhdləri edilir. Və Azərbaycana qarşı sanksiyaların, embarqoların qoyulması gündəmə gətirilir. Amma bu da əlbəttə, öz nəticəsini vermir. Beləliklə, bu prosesdə iki məsələ aydın olur: torpaqlarımız təkcə ermənilər tərəfindən yox, onların havadarlarının birbaşa iştirakçılığı ilə işğal olunub və münaqişənin uzun müddət davam etməsi bu gün Köçəryanla Sarkisyanın öyündüyü kimi, onların diplomatik uzaqgörənliyinin nəticəsi deyil, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, dolayısı ilə Avropanın güc mərkəzlərinin, Rusiyanın iştirakçılığı ilə mümkün olub”.

Deputat vurğulayıb ki, bu sənədlərdən bir daha aydın olur ki, Köçəryanla Sarkiyan müharibəni udmayıb, onlara bu "qələbə" hədiyyə edilib:

“Eləcə də 30 illik diplomatik danışıqlarda onlar uğur qazanmayıblar, bu da işğalçılara hədiyyə olunub. Yayılan sənədlərdən bəlli olan həqiqət də ondan ibarətdir ki, bu adamlar daim Azərbaycanın öz torpaqlarını qaytaracağı ilə bağlı qorxu yaşayıblar. Bu qorxu heç də əbəs deyildi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə yanaşı,  suveren hüquqlarını da bərpa edib. Bu, ermənilər və onların havadarları üçün dərs olmalıdır. Azərbaycan onların hər birinə birlikdə və ayrılıqda qalib gəlib. Ermənilər heç vaxt bunu unudub bir də kiməsə arxayınlaşmaqla başqasının ərazisinə göz dikməsinlər. Çünki Azərbaycana qarşı təzyiq siyasəti aparmaq mümkün deyil və Ulu öndərin müəyyənləşdirdiyi siyasət əsasında müzəffər Ali Baş Komandanımızın əldə etdiyi qələbə bir daha bunu sübut edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri