Haxçıvandan Bakıya ərik gətirilməsinə icazə verilmədi, SAKİNLƏR YÜZMİNLƏRLƏ MANAT ZƏRƏRƏ DÜŞDÜ Tonlarla meyvəmiz çöpə atıldı
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
"Bu il ərik sezonunda naxçıvanlılara çox ciddi maddi ziyan dəydi. Belə ki, heç bir əsas göstərilmədən, ərik meyvəsi Bakıya və Azərbaycanın digər bölgələrinə buraxılmadı".
Hurriyyet.az xəbər verir ki, bu haqda Naxçıvan sakinlərinin redaksiyaya müraciətində bildirilir. Sakinlər deyir ki, alıcı olmadığından, tonlarla meyvə xaraba olub: "Tonlarla meyvəmiz çöpə atıldı. İnsanlara yüz minlərlə manat ziyan dəydi, sakinlər borca düşdü".
Şikayətçilər xatırladır ki, Naxçıvan rəhbərliyi tərəfindən 2024-cil ildə Türküyənin Malatya bölgəsinə 76 min 926 ton ərik ixrac olunub. Bu satışdan 410 milyon 891min dollar gəlir əldə olunub: "4 min 931 ton ərik çəyirdəyindən isə 14 milyon dollar gəlir əldə ediblər. 2025-ci ildə isə ərik ixracatından 750 milyon dollar qazanc hədəfləyirlər. Türkiyə isə bu il quru meyvələrdən 8,5 milyard dollar qazanc əldə edəcək. Kecən il Türküyə 101 ölkəyə 14 milyon dollarlıq pul bibər ixrac edib. Naxçıvanda isə artıq pomidoru və bibəri yığıb, mal-qaraya verirlər".
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















