Icma.az
close
up
RU
“Haypərəst” senatorun finişi

“Haypərəst” senatorun finişi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənipərəst eks-senatorun “korrupsiya marafonu” məhkəmənin nida işarəli hökmü ilə özünün məntiqi sonluğuna yetişdi. Kuba əsilli 71 yaşlı Robert (Bob) Menendez məlum “marafonunu” qarşıdakı 11 ildə həbsxanada dustaqlar üçün ayrılmış xüsusi zolaqda “gündəlik gəzinti” ilə əvəzləməli olacaq. 

3 ildən çox idi ki, ABŞ femidası Senatda ermənilərə lobbiçilik edən türkofob, anti-Azərbaycan çıxışları ilə  “məşhurlaşmış” Bob Menendezin və onun erməni əsilli arvadı Nadin Arslanyanın dövlət əleyhinə fəaliyyətləri, müxtəlif iş adamlarından “himayə” müqabilində rüşvət kimi külli miqdarda pul, bahalı hədiyyə və xidmətlər qəbul etmələrini araşdırırdı. Proses yekunlaşdı, haypərəst-korrupsioner senator finiş xəttinə çatdı.     

Beləliklə, ABŞ mətbuatı xəbər verir ki, rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il həbs cəzasına məhkum edilmiş keçmiş senator törətdiyi əməllərdən utanıb-­qızarmadan məhkəmənin hökmünü “siyasi təqib” kimi qiymətləndirib.

2024-cü ilin iyul ayında andlılar məhkəməsi Bob Menendezi rüşvət, səlahiyyətdən sui-istifadə, fırıldaqçılıq, ədalət mühakiməsinə maneçilik və xarici ölkənin agenti kimi fəaliyyət də daxil olmaqla, 16 maddə üzrə təqsirli bilib. İstintaq araşdırması nəticəsində sübuta yetirilib ki, Robert–Nadin Menendez-Arslanyan cütlüyü Misir və Qətər hökumətlərinin Birləşmiş Ştatlardakı maraqlarına lobbiçilik etmək müqabilində nağd pul, qızıl külçələr və digər hədiyyələr alıblar. İlkin istintaqın sübuta yetirdiyi hallardan birinə görə, senator Menendez Vaşinqtonun Misirə hərbi təchizat və yardımın koordinasiyasını asanlaşdıracağını vəd edibmiş.

Oxuculara xatırladaq ki, keçmiş senator rüşvət olaraq qiymətli əşyaları, pulları, “Formula 1” dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları qəbul edib. Bunun üçün Menendez “Qətər hökumətinin xeyrinə olan tədbirləri” yerinə yetirməli olub. Bunlar məhkəmə tərəfindən ahıl senatorun sübuta yetirilmiş cinayət əməlləridir. 

İttiham elan olunduqdan dərhal sonra demokratların Senatdakı çoxluğun lideri Çek Şumer Menendezi tutduğu vəzifədən getməyə çağırmışdı. Şumeri hiddətləndirən o idi ki, Menendez vəzifədə olarkən xarici ölkənin agenti kimi fəaliyyət göstərməkdə ittiham olunan ilk dövlət məmuru – senator olub.

Maraqlıdır ki, Nyu-Yorkun Cənub Dairəsinin bəzi prokurorları hələ 3 il bundan əvvəl senatora 10 cinayət ittihamından yayınmaqda köməklik göstərmişdilər. ABŞ  Prezidenti Donald Tramp bu məhkəmə prosesinin siyasi xarakter daşıdığını bildirib. Rüşvətxor-demokrat senatorun ermənipərəst dəstəkçiləri isə “siyasi təqib” kimi qələmə verirlər. İndi respublikaçılar ümid edirlər ki, Ağ Evin yeni administrasiyası qanunverici orqanda erməni lobbiçilərin qazdıqları korrupsiya quyusunu təmizləyəcək və dünyanın “demokratiya beşiyi”ndə hüquqi mühitin, idarəetmə sisteminin şəffaflığını təmin edəcək. 

Yəqin, bundan sonra senator və konqresmenlər ermənilərin atdığı tora düşməzdən əvvəl Menendezin aqibətini yada salmağa məcbur olacaqlar. Haypərəstliyi sərhəd tanımayan, ABŞ-dakı erməni lobbisinin hərtərəfli “dəstəklədiyi”, indi adı həm də kriminal dairələrlə işbirliyində hallanan Menendez hələ 1995-ci ildə Konqresin “erməni məsələləri üzrə Qrupu”na daxil olmuşdu. Bu, o qrupdur ki, ABŞ hökumətinin Azərbaycana birbaşa hərbi yardımını nəzərdə tutan qətnamə layihəsini bloklamış, eləcə də Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına qarşı çıxmışdı. 

O dövrdən başlayaraq çənəsi erməni lobbisinin pulu ilə açılan Menendez əlində olan imkanlardan sponsorlarının istəklərini təmin etmək üçün istifadə edirmiş. Azərbaycanın yerini xəritədə göstərə bilməyən bu adamdan hansı ədalət, vicdan gəzləmək olar? 30 illik ömür-gün yoldaşı Ceyni boşayıb haykanuş Nadinlə evlənəndən sonra “qara günləri” başlayan Menendez məhz ermənipərəstliyinin qurbanı oldu. 

Yazımızı ritorik sualla yekunlaşdıraq: hayların haram pulları, haykanuşun “yol xəritəsi” ilə hərəkət edən və çaşan senator ahıl çağında başqa hansı aqibətlə üzləşməli idi ki?

İ.HƏSƏNQALA  
XQ   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see340

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see310

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see280

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see217

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see210

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see200

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see196

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see187

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see179

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see162

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see157

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see155

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see154

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see151

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see141

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri