Icma.az
close
up
RU
Hazır yuxadan asan lahmacun resepti

Hazır yuxadan asan lahmacun resepti

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Evdə qısa müddətdə hazırlaya biləcəyiniz, xırt-xırt kənarı və bol ləzzətli qiyməli üstlüyü ilə süfrələrə dad gətirən bu resept xilaskarınız olacaq. Xəmir yoğurmaq və yaymaq dərdi olmadan hazırlanan bu lahmacun incə yuxası və ətirli içliyi ilə çöldə yediklərinizi axtarmayacaq qədər ləzzətli bir nəticə verir.

Milli.Az inqrediyentləri təqdim edir:

Qiyməli qarışıq üçün üçün
450 qr orta yağlı qiymə

1 ədəd böyük baş soğan

2 ədəd yaşıl bibər

1 ədəd qırmızı kapya bibəri

2 ədəd sürtgəcdən keçirilmiş pomidor

2 yemək qaşığı duru yağ

1 yemək qaşığı pomidor tomatı

1 şirniyyat qaşığı bibər tomatı

1 çay qaşığı duz

1 çay qaşığı pul bibər

Yarım çay qaşığı istiot

Yarım çay qaşığı kimyon

1 çay qaşığı kəklikotu

Yuxaları islatmaqüçün
3 ədəd hazır yuxa

Yarım çay stəkanı duru yağ

Yarım çay stəkanı su

1 yemək qaşığı qatıq

1 şirniyyat qaşığı sirkə

Servis üçün
Cəfəri, sumaxlı soğan, limon dilimləri və pomidor

Hazırlanma qaydası
Soğanı, yaşıl və qırmızı bibərləri xırda doğrayıb blendrdan keçirin. Sürtgəcdən keçirilmiş pomidorları da əlavə edib qarışımı qısa müddət yenidən blendrla çəkin.

Dərin bir qaba qiyməni götürün. Üzərinə hazırladığınız tərəvəzli qarışımı, duru yağı, tomatları və ədviyyatları əlavə edin. Bütün məhsulları yaxşıca qarışdıraraq bircinsli bir qarışım əldə edin.

Ayrı bir kasada duru yağ, su, qatıq və sirkəni qarışdırın.

Bir ədəd yuxanı düz bir müstəviyə sərin. Kənarlarını içəri doğru qatlayaraq daha qalın bir səth formalaşdırın. Hazırladığınız sosdan yuxanın hər tərəfinə sürtün.

Qiyməli qarışımın bir hissəsini yuxanın üzərinə qoyun və nazik bir təbəqə halında yayın. Qarışımı yayarkən qaşığın arxa tərəfindən istifadə edə bilərsiniz. Digər yuxaları da eyni qaydada hazırlayıb yağlı kağız sərilmiş listə yerləşdirin.

Əvvəlcədən isidilmiş 200°C sobada təxminən 15 dəqiqə bişirin. Kənarları çıtırlaşıb, üzəri qızardıqda sobadan çıxarın.

Lahmacunları cəfəri, sumaxlı soğan və bol limonla isti-isti servis edin. Nuş olsun!

İçliyin çox sulu olmamasına çalışın; həddindən artıq su yuxanın yumşalmasına səbəb ola bilər.

İçliyi yuxanın üzərinə nazik bir qat halında yaymaq onun daha yaxşı bişməsini təmin edir.

Lahmacunları sobanın alt rəfinə yaxın hissədə bişirmək alt səthin daha yaxşı qızarmasına kömək edir. Pişdikdən sonra isə çıtırlığını itirməməsi üçün üzərini örtməyin.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri