Hazırda çəkilişləri davam edən “Qıfıl” filmi qeyri adi süjet xətti ilə diqqət çəkir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Hazırda çəkiliş mərhələsində olan “Qıfıl” filmi qara komediya janrındadır və qeyri-adi süjet xətti ilə diqqət çəkir. Filmin əsas ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Layihə 2022-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qaliblərindən biri olub. Filmin ssenari müəllifi Tahir Tahiroviç, quruluşçu rejissoru İlqar Quliyev (Tahir Tahiroviçin iştirakı ilə), kreativ prodüseri İradə Bağırzadə, prodüseri isə Afaq Yusiflidir.
AZƏRTAC xəbər verir ki, rejissor İlqar Quliyevin sözlərinə görə, filminin ideyasında həm gülməli, həm də acı bir reallıq var.
Filmin real hadisələrə əsaslandığını bildirən rejissor deyib ki, hadisələrdə ssenari müəllifi Tahir Tahiroviçin şəxsi müşahidələri də əksini tapıb. Bildirib ki, filmin 70 faizi çöl çəkilişləridir, bu da texniki baxımdan çətin prosesdir.
Qeyd edək ki, 62 dəqiqəlik tammetrajlı film “Nova Gorica” Kino Mərkəzi tərəfindən istehsal olunur. Baş rollarda gənc aktyorlara üstünlük verilsə də, digər rollarda Xalq artisti Şamil Süleymanov, Əməkdar artistlər Azad Şükürov və başqaları yer alır. Film İTV və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə istehsal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















