Qazaxıstanla Aİ razılığa gəldi: Fevralda ikinci raund olacaq
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Qazaxıstan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların növbəti mərhələsi 2026-cı ilin fevral ayında keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi nazirin müavini Əlibek Bakayev və Aİ səfiri Aleska Simkiç arasında keçirilən görüşdən sonra açıqlayıb: "Danışıqlar prosesinin 2026-cı ilin fevral ayında Astanada davam etdirilməsi planlaşdırılır".
Danışıqları şərh edən Xarici İşlər Nazirliyi qeyd edib ki, "bu proses Avropa İttifaqı ilə Mərkəzi Asiya dövləti arasında ilk addımdır və bu, bu addıma tarixi əhəmiyyət verir".
Qazaxıstan və Avropa İttifaqı dekabrın əvvəlində Brüsseldə viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların ilk mərhələsini keçiriblər. Qazaxıstan və Aİ arasında viza sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqlar dekabrın 2-də Belçikanın paytaxtında rəsmi olaraq başlayıb. Tərəflər ilkin qaydalar barədə razılığa gəliblər və gələcək fəaliyyət istiqamətlərini müəyyən ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 25 Dekabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















