Icma.az
close
up
RU
“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? Bu üç üsul həyatınızı xilas edəcək

“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? Bu üç üsul həyatınızı xilas edəcək

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı 2 min baş ev quşunun baytarlıq tələbləri gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların rənglənməsi halları da aşkarlanıb.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirdi ki, insanlar qapalı şəraitdə saxlanılan broyler toyuqlarına deyil, tam azad bəslənən kənd toyuqlarına üstünlük verirlər:
 

“Kənd toyuqlarını broyler və yarıqapalı saxlanılan digər toyuqlardan fərqləndirən cəhət ayaqlarının sarı olmasındadır. Bakıətrafı qəsəbələrdə 20-yə yaxın yarıqapalı saxlanan quşçuluq müəssisəsi var. Onlar toyuqları kənd toyuqlarına oxşasın deyə ayaqlarını saraldırlar”.


E.Hüseynov diqqətə çatdırdı ki, yaş ağ tənzifi toyuğun ayağına sürtməklə rənginin silindiyini görmək olar. Amma bütövlükdə rənglənmiş toyuqların gözlə ayırd edilməsi mümkün deyil.
“Qida biznesi ilə məşğul olanlar mütləq qida təhlükəsizliyi agentliyində qeydiyyata durmalıdır. Lakin biz görürük ki, toyuq biznesi ilə məşğul olanlar agentılikdə qeydiyyatda deyillər və antisanitar şəkildə toyuq satırlar. Vətəndaşlar belə toyuqlar harda görsə, agentliyin qaynar xəttinə zəng edib xəbər verməlidirlər.
Bu məhsullar dərhal nəzarətə cəlb edilməlidir. Hazırda agentliyin apardığı işə hamı dəstək verməlidir belə mənşəyi məlum olmayan toyuqlar bazarda və digər satış məntəqələrində görünməsin”. 
 

Qeyd edək ki, toyuğun dərisini və yağ qatını çəhrayı-narıncı tonlara salmaq üçün  kantaksantin adlı süni boyadlardan istifadə olunur. Belə boyanmış toyuqları istehlak etdikdə qaraciyərdə yüklənmə, gözün torlu qişasında piqment toplanması, allergik reaksiyalar baş verir. Xüsusilə toyuq kəsildikdən dərhal sonra ətin birbaşa boya vannasına salınması təhlükəlidir və qida saxtakarlığıdır.


Ev şəraitində belə toyuqları müəyyənləşdiriməsinin sadə yolları var: 
Öncə salfetə bükün, kağızda çəhrayı iz qalırsa süni boyadır. Əti kəsin, rəng yalnız səthdədirsə, sonradan boyanıb. Toyuğu qaynadın, su rənglənirsə təhlükəli ola bilər.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Dekabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri