Icma.az
close
up
RU
“Hazırda ikinci dünya müharibəsindən sonra formalaşan dünya düzəninin çöküş prosesini izləyirik”

“Hazırda ikinci dünya müharibəsindən sonra formalaşan dünya düzəninin çöküş prosesini izləyirik”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əli Zülfüqaroğlu: “2020-ci ildə olduğu kimi gözlənilməz hadisələrin şahidi ola bilərik”

Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib. Bu haqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib. O bildirib ki, boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır. Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, dəli radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.

Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Sherg.az”a deyib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra qlobal savaşın Amerika Birləşmiş Ştatlar daxilində start götürəcəyi gözlənilirdi: “Tramp birinci prezidentliyinin son ilində Birləşmiş Millətlər Təşkilatının kürsüsündə səsləndirdiyi fikirlərlə savaşın mahiyyətini açıqlamışdı. O, ikinci dəfə hakimiyyətə gəldikdən sonra savaşın daha geniç vüsət alacağı bəlli idi. Məhz buna görə də Trampın hakimiyyətə gəlməsinə qarşı əngəllər törədilirdi və sui-qəsd cəhdi verirdi. Bundan sonra da Trampa qarşı sui-qəsd cəhdlərinin olması mümkündür. ABŞ daxilində ciddi prosesin şahidi oluruq. USAİD və “Azadlıq radiosu”, “Amerikanın səsi” ilə bağlı görüləcək tədbirlər deməyə əsas verir ki, artıq savaş ciddi mərhələyə keçib. Bu isə dünyada bir sıra proseslərin başlamasına və davam etməsinə gətirib çıxaracaq. Eyni zamanda dünyada gərginliyin daha da artmasına şərait yaradacaq. Söhbət qlobalçılarla Donald Trampın təmsil etdiyi milli dövlətçilərin savaşından gedir. Bu isə dünya ictimaiyyətindən gizlədilən bir çox sirlərin açılacağından xəbər verir. Belə olan halda bütün sahələrdə paradiqma dəyişikliklərini müşahidə edə bilərik. Əlbəttə, buraya insan haqları, səhiyyə, qida, təhsil, siyasi və bütün sahələri özündə birləşdirən fəaliyyət istiqamətləri daxildir. Ümumiyyətlə ABŞ daxilində baş verən proseslərin getdikcə daha genişləcəyini görəcəyik. Çünki USAİD kimi bənzər təşkilatların sayı yüzlərlərlədir. Hətta elə təşkilatlar var ki, mediada adı açıqlanmasa belə, dünya ictimai rəyinin manipulyasında ciddi önəm daşıyır, eyni zamanda ciddi maliyyə imkanlarına sahibdir. Təkcə USAİD-in büdcəsi 50 milyard dollar idi. Bu isə bəzi dövlətlərin büdcəsindən 2-3 dəfə çoxdur. Amerikada müxtəlif əyləncələr və narkotik aludəçilərinin sayı o qədər çoxalıb ki, xalq köləlik və istehlakçı kütlə rolu oynadığından xəbərsizdir. Bu vəziyyət bilərəkdən yaradılıb”.

Ekspert söyləyib ki, Tramp Amerikanın idarəçilik sisteminin milli dövlət ideologiyası üzərində qurulacağının mesajını verir:

“Belə olan halda qlobal oliqarxiya və federal ehtiyat sisteminin Amerikanı silahlı güc kimi istifadə etmək dönəmi sona çatacaq. Burada söhbət dünya hakimiyyəti uğrunda gedən savaşdan gedir. Savaşı aparan dünya liderləri arasında öndə gedənlərdən biri Donald Trampdır. Paradoks görünsə də, Trampın Rusiya və Türkiyəyə ehtiyacı var. Biz qarşıdurma formatının dəyişəcəyinin və fərqli formatların şahidi olacağıq. Məsələn, ABŞ-nin Rusiya, İranla gərgin münasibətləri yumşaltmağa çalışacaq və ideoloji savaşı əsas götürəcək Tramp və təmsil etdiyi gücə qarşı ciddi təzyiqlər olacaq. Eyni zamanda Tramp Administrasiyası da köhnə administraiya dönəmində ABŞ-nin müttəfiqləri olan Avropa İttifaqı ölkələrinə qarşı ciddi təzyiqlər edəcək.

Məsələn Fransa və Almaniya hökümətini misal göstərə bilərik. Həmin ölkələr Avropa İttifaqının siyasi və iqtisadi liderləridir. Ona görə də yaxın müddətdə Avropa İttifaqı lider ölkələrinin hökümətlərinə qarşı çox ciddi şəkildə Amerikanın təzyiqlərinin artacağını görəcəyik. Bunun ilk işartıları artıq müşahidə olunur. Tramp həmçinin bildirmişdi ki, Ona qarşı atılan addımlara adekvat siyasət yürüdəcək. Avropa İttifaqının xüsusilə lider ölkələrinin başçıları Trampın seçilməməsi üçün əllərindən gələni etdilər. Bu isə o deməkdir ki, həmin hökumətlər problemlərə hazır olmalıdır”.

Ə.Zülfüaroğlu vurğulayıb ki, Donald Tramp Amerika Birləşmiş Ştatları sadəcə iki cinsiyyət üzərindən siyasət yürüdəcək deməklə LGBT və digər xəstə ideoloji xətlərin sıradan çıxarılacağı mesajını verdi: “Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə söylədi ki, “biz Trampla əməkdaşlıq etməyə hazırıq, lakin Avropa dəyərlərinə qarşı mövqeyimizi qoruyacağıq”. Yəni LGBT və ona bənzər pozğun meyillərin Avropa dəyərləri adı altında inkişafında maraqlı olacaqlar. Bu ideoloji toqquşma deməyə əsas verir ki, ABŞ-nin yeni höküməti ilə Avropa İttifaqının lider ölkələri arasında gərginlik ciddi səviyyəyə yüksələk. Belə olan halda ABŞ-nin yeni höküməti tərəfindən Avropa İttifaqı ölkələrində sağçı liderlərə dəstək veriləcək. Bu isə Avropa ölkələrində ixtişaşlara, eyni zamanda qlobal maliyyə sisteminin kuklası rolunda istifadə olunan Emmanuel Makron kimi marionetlərin sıradan çıxarılmasına hesablanan proseslərin şahidi olacağıq. Bu da eyni zamanda Avropa İttifaqının dağılma prosesini sürətləndirəcək. USAİD kimi bənzər təşkilatlar Avropa İttifaqında da fəaliyyət göstərir. Onlara qarşı da müəyyən tədbirlərin görüləcəyini zaman-zaman müşahidə edəcəyik. Eyni zamanda “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi müxtəlif məqsədlərə xidmət göstərən, xüsusilə dünya ictimai rəyinin manipulyasiyası üçün alət rolunda istifadə olunan bu cür media qurumlarına qarşı sərt tədbirlərin görüləcəyinin şahidi olacağıq”.

Ə.Zülfüqaroğlu bildirib ki, dövlətlərarası müharibə arxa plana keçir və ideoloji savaşlar önə çıxır: “Nəticə etibari ilə tərəfdaş olan ölkələr düşmənə, qarşıdurma vəziyyətində olan dövlətlər isə müttəfiqə çevriləcəklər. Bundan sonra bir sıra təşkilatlar və media quruşlarının sıradan çıxarılma prosesi daha geniş vüsət alacaq. Xüsulə də, Amerika Birləşmiş Ştatlatı daxilində, eyni zamanda Avropa İttifaqı və başqa bölgələrdə də həmin prosesi izləyəcəyik. Həmin təşkilatlar prosesin sadəcə bir elementi qismində çıxış edir. Baş verənlər həmçinin dünyanı daha çətin vəziyyətlə üz-üzə qoyacaq. Hazırda ikinci dünya müharibəsindən sonra formalaşan dünya düzəninin çöküş prosesini izləyirik. 2020-ci ildə olduğu kimi gözlənilməz hadisələrin şahidi ola bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Fevral 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri