Icma.az
close
up
RU
Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq EKSPERT FİKRİ

Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq EKSPERT FİKRİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hər il olduğu kimi bu ildə ənənəvi olaraq Azərbaycanda Novruz tətili günləri 10-12 gün olacaq. Həmin Novruz günləri ərəfəsində Azərbaycana gələn əcnəbi və yerli turistlər xüsusən bölgələrə səfər edəcəklər. Hava şəraitini biz müşahidə etdiyimizə görə axıra qalan çovğunlu, qarlı, intensiv qar-yağışdan sonra gözəl, günəşli hava gözlənilir. Hava durumunu takib etdikdə biz bunu görə bilərik ki, Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq. Hesab edirəm ki, bu günəşli hava Azərbaycana gələn əcnəbi turistlər, eyni zamanda yerli turistlər üçün əlverişli olacaq. Xüsusəndə şimal bölgəsində Şəki, Qax, Quba, Qusar eyni zamanda Şəki, Qax, Zaqatala, Balakən və cənub bölgəsində Lənkəran, Masallı, Astara istiqamətlərində də turistlərin intensivliyini müşahidə edirik”. Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, turistlərin psixologiyasında, statistikaya baxsaq görərik ki isti, günəşli havalarda gəzməyi daha çox planlayırlar: “Biz bunu uzun illərin statistikasında müşahidə edə bilərik. Bu gün həm Azərbaycana gələn turistlər, həm də Azərbaycandan gedən turistlər xüsusilə yay mövsümündə, isti vaxtlarda daha çox aktivliyini biz görə bilərik. Bu günki, gündə Azərbaycandan kənara gedən turistlər var. Novruz tətili günlərini nəzərə alsaq, isti ölkələrdən Dubay, Doha və eyni zamanda Sinqapur, Şri-Lanka kimi istiqamətlərə gedilir. Orta Asiya ölkələrindən xüsusən Özbəkistana daha çox gedilir. Türkiyənin İstanbul şəhərinə, Trabzon, Gürcüstana, Tiblisiyə, Avropa ölkələrində nisbətən mart ayları yağışlı hava müşahidə olunduğundan Avropaya böyük maraq göstərilmir. Avropa istiqamətində turistlərin intensiv getdiyi vaxt ən çox yeni il ərəfəsi və yay tətili günlərində olur. Çünki digər vaxtlarda ara-sıra yağışlar və əlverişsiz hava şəraiti olduğuna görə daha maraqsız görünür”.

Ekspertin sözlərinə görə, bugün Azərbaycan turizmi get-gedə daha inkişaf edir: “Çünki Azərbaycanda yeni destenasiyalar var. Bu həm əcnəbi turistlər üçün, həm də yerli turistlər üçün daha əlverişlidir. İşğaldan azad olmuş ərazilərimiz yenidən tikilib istifadəyə verilir. Burada çox maraqlı, əyləncəli, eyni zamanda müalicəvi, gəzmək üçün daha maraqlı yerlər var. Ecazkar təbiətdə olan Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Şuşa, Xankəndi, Ağdərə, yəni işğaldan azad olunan ərazilərdə üç böyük hava limanı fəaliyyət göstərəcək. Bu beynəlxalq hava limanıdır. Gələcəkdə də bu beynəlxalq hava limanından istifadə edərək xaricdən bir başa həmin bölgələrə gələn turistlərin sayı da artacaq. Qışda qarın intensiv olmasına baxmayaraq yol infastrukturu ən yüksək səviyyədə qurulub-istifadə edilməsi də işğaldan azad olmuş ərazilərdə turizmin fəaliyyətini daha da inkişaf etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri