Icma.az
close
up
RU
Həbs olunmuş şəxsi azad etmək adı ilə qohumlarını aldatdı

Həbs olunmuş şəxsi azad etmək adı ilə qohumlarını aldatdı

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkirdə qohumunu güllələyən Ramin Mehdixanovun yaxınları dələduzluğun qurbanı olub.

BAKU.WS Qaynarinfo"ya istinadla xəbər verir ki, Ramin Mehdixanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. Apellyasiya şikayətindən sonra isə o, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Lakin dövlət ittihamçısı qərardan protest verib və Mehdixanov yenidən həbs edilib.

Onun Nurlan adlı tanışı Ramin Mehdixanovu "azad etdirəcəyi"nə dair məhkumun yaxınlarına vəd verib. Bunun müqabilində isə onlardan 7350 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

Ramin Mehdixanovun yaxınları hüquq-mühafizə orqanlarına şikayət edib. Nurlan saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Şəmkir Rayon Məhkəməsində hakim Nazlı Heydərovanın sədrliyi ilə baxılıb. Nurlan məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Daha sonra bildirib ki, Ramin Mehdixanovu vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş bir tanışı vasitəsi ilə "azad etdirəcəkmiş". O, pulları da həmin tanışına verib. Lakin həmin şəxs avtomobil qəzasında dünyasını dəyişib. Nurlan dəymiş ziyanı ödəməsə də, qarşı tərəflə barışdığını deyib. Həmçinin əlavə edib ki, azadlığa çıxdıqdan sonra dəymiş ziyanı ödəyəcək.

Məhkəmə Nurlanı 178.2.4-cü maddə ilə təqsirli bilərək, ona iki il üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xatırladaq ki, Ramin Mehdixanov 2021-ci ildə şəxsi münasibətlər zəminində dayısı oğlu Musa Rüstəmova və onun tanışı Bakir Hüseynova ov tüfəngindən atəş açıb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ramin Mehdixanovu verilmiş ittiham üzrə təqsirli bilib və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 İyul 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri