Icma.az
close
up
RU
Həbs tədbiri seçəndə yaş nəzərə alınır, əlillik alınmır?

Həbs tədbiri seçəndə yaş nəzərə alınır, əlillik alınmır?

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstintaq altında olan qazi əlillər ev dustaqlığına buraxılmalıdır

Son günlərin gündəmi işğal edən başlıca qonusu-mövzusu, heç şübhəsiz, PA-nın, AMEA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanətdə suçlanaraq cinayət məsuliyyətinə alınması və ...barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilməsidir.

Ən ağır- dövlətə xəyanət maddəsinə baxın, ən yüngül qətimkan tədbirinin seçilməsinin yaşla bağlanılmasına qiymət verin. Belədə deyibmiş İlhamə xanım, yaşın nə fərqi var, cinayət cinayətdir, özü də ən ağırından. Yaşa görə həbs seçilmirsə, onda Qarabağ qazilərinə əlilliklərinə görə niyə ev dustaqlığı seçilmir? Haqlı sualdır, deyilmi? Qazi Rza Səfərsoy, Hacı Vəliyev, ... xanım jurnalistlərin (içlərində əlilliyi olanlar da var) nə böyük suçu var ki, dövlətə xəyanətdən də ağır sayılsın, ev dustaqlığına da buraxılmasınlar? Dövlətə ahıl yaşında xəyanətdə suçlanan şəxsə yaşına görə dövlət (məhkəməsi) ev dustaqlığı qətimkan tədbiri seçirsə, onda qazi-əlillərə, xanımlara (istintaq dönəmində) polisin nəzarətinə vermə tədbiri seçilməsi məntiqə uyğundir. Niyə edilmir?

Yeri gəlmişkən, bəzi media qurumları “ağsaqqal cinayətinin” ortaqlarını da düz seçmirlər. AMEA-nın keçmiş işlər müdiri, hazırda sosial xidmətlər şöbəsinin müdiri, professor Elton Məmmədovu qaralamağa girişiblər. Guya bilmirlər ki, keçmiş millət vəkilini Ramiz Mehdiyev Azərbaycan Texniki Universitetinin prorektoru görəvindən AMEA İşlər İdarəsinə dəyişdirib, sonra da görəvindən almışdı? (Universitetin adında yanıla bilərəm, amma prorektor görəvi daşımasını danmaq mümkünsüzdür). Onu da bilmirlər ki, Elton müəllim uzun çəkən məhkəmə prosesindən sonra işinə bərpa olunanda, artıq AMEA-nın özü kimi, İşlər İdarəsi də “balacalaşıb”, sosial xidmətlər şöbəsinə çevrilib? Millət vəkili olmuş professorun Tomsk ilə elmi bağlantılarının Ramiz Mehdiyevin suçlandığı işə nə aidliyi var? Elmin milləti olmur axı! Elton Məmmədov ziyalı adamdır, əsl elm xadimidir, qazilərə, əlillərə böyük diqqəti var, təcrübəmdən bilirəm. AMEA-dakı özbaşınalıqlara gəldikdə isə bu ayrıca qonudur, danışarıq. Bircə onu deyə bilərəm ki, Ramiz Mehdiyevin AMEA Prezidenti olanda apardığı kadr siyasəti yanlış olub. Keçmiş hakim, hazırda vəkil fəaliyyəti ilə məşğul olan Kamal Vəli oğlu Əliyevin 2021-ci ildə hüquq şöbəsinin müdiri görəvinə gətirilməsi qanuna da ziddir, Konstitusiyaya – dövlətin BAŞ QANUNUNA da. Nədən vəkil dövlət büdcəsindən maliyyələşə bilməz. Bir də hüquq müdiri olmaq əllə yazılan kağız parçası saxtalığı ilə 50 ilin AMEA əməkdaşının, yeganə 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin hüququna qadağa qoymağa haqq verir? Təsəvvür edin, bu sətirlərin yazarı 1991-93-cü illərdə Qarabağda savaşda olanda AMEA İşlər İdarəsi 2 körpə uşaqlı alim ailəsini yataqxana otağından çıxarıb, yataqxananı AMEA-ya aid olmayanlara satıb. Yerində tikilən evdən isə söz verilsə də, mənzil verilməyib. Məhkəmə təminatı hüququna da vəkil-hakimliklə qadağa qoyulub. Kamal Əliyev 1993-cü ildə doğulan yataqxana komendatına əllə “sübut-sənəd” yazdırıb ki, 1993-cü ildə savaşda olanda əmlakından, mülkiyyətindən məhrum edilən 1-ci dərəcəli Qarabağ əlili elmi işçi heç vaxt həmin yataqxanada yaşamayıb. (?) Səbail məhkəməsi (h. İlkin Rüstəmli) də bu kağız parçasını Konstitusiyadan üstün tutub, hətta apellyasiya şikayətini də 2 ildən çoxdur Bakı Apellyasiya Məhkəməsinə göndərmir ki, iddiaçı Qarabağ qazisi şikayəti MPM-də yazılmayan “Əlavə 2”-yə uyğun yox, elektron kabinetdən təqdim edib(?) Hər 2 yuxarı instansiya (Fuad Talışinski, Azad İmanov və b; Vahid Sadıqov, Xumar Mərdanova, Sabit Bəhrəmzadə) da bu özbaşınalığı hüquqverici sənəd olmadan etiraz yazan vəkil Kamal Əliyevin qeyri-prosessual sifarişi ilə qüvvədə saxlayıb. Axı Kamal Əliyevin etibarnaməsinin olmaması bir yana, MPM-də yazılıb ki, elektron sistemdən təqdim edilən sənədlərin başqa cür verilməsi tələb oluna bilməz! Di gəl, Ali Məhkəmə (də) Kamal Əliyevin etibarnaməsizliyini təsdiq etsə də, özbaşınalığı da notariat kontoru kimi təsdiq etmək vərdişindən çəkilməyib.

Nə isə, başlığa çıxardığımız qonudan uzaqlaşmayaq, yaşa görə qətimkan tədbirini yüngülləşdirməyi başa-gözə, əl-ayağa görə əlil, qazi olanlara da, xanımlara da tətbiq etmək olmazdı? Gec də olsa, fikirləşmək olar...

Məğrur Bədəlsoy

P.S. Unutduğum vacib AMEA “qayğısı”nı vurğulayım. Öncədən 22 min manat “qohum borcu”, ayda 858 manat kredit borcu ödəməklə Bakıdan kənar mənzilə qovuşacağımız 2028-ci ildə gerçəkləşməlidir. “Pişik asqırmasa”... 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri