Icma.az
close
up
RU
Naxçıvanda yeni iqtisadi reallıqlar... Cavadxan Qasımov yazır

Naxçıvanda yeni iqtisadi reallıqlar... Cavadxan Qasımov yazır

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

***

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin bütün tənzimləyici mexanizmlərindən, hüquqi, iqtisadi, sosial, mədəni, dipolmatik və digər istiqamətlər üzrə dəstəklərindən yetərincə yararlanmaqdadır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsaslarını müəyyən etmiş olduğu regional və milli iqtisadi siyasət, Naxçıvan Muxtar Respublikasının çoxistiqamətli inkişaf strategiyasının mütərəqqi bazasını təmin etməkdədir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən, müasir bazar münasibətləri şəraitində başlatmış olduğu iqtisadi (aqrar) islahatlar və münasibətlər hazırkı mərhələlər üçün iqtisadi, sosial bazaya çevrilmiş oldu. Məhz bununla da, muxtar respublika, ölkənin milli iqtisadiyyatı üçün zəruri, aktual və prioritet olacaq istiqamətlərin gerçək olması sahəsində mühüm mövqeyə malik olmasına görə seçilməkdədir.

Yeni iqtisadi və geostrateji reallıqlar imkan verir ki, Naxçıvan Muxtar Respublikası, ölkənin uzunmüddətli hədəf, prioritet və reallıqlarının həm əlçatan olmasına, həm də etibarlılığına dayanıqlı təminat yaratmış olsun. İkinci Qarabağ müharibəsinin torpaqlarımızın işğaldan azad olunması, tarixi və haqlı suverenliyimizin bərqərar olması ilə nəticələnməsi tamamilə yeni perspektivlərin ortaya çıxmasına səbəb oldu ki, bunlardan biri də, nəqliyyat və kommunikasiya sahəsində infarstruktur təchizatının həyata keçirilməsi, onun ölkənin makroiqtisadi inkişafı üçün olduqca mühüm əhəmiyyət kəsb etməsindən ibarət oldu. Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının milli iqtisadiyyata tam və dolğun inteqrasiya olunması sahəsində yeni keyfiyyət mərhələsinin başlanmış olması, Naxçıvan Muxtar Respublikasının da əhatə olunduğu dayanıqlı nəqliyyat və kommunikasiya bağlantılarının gündəmə gəlməsini daha da aktuallaşdırmış oldu. Təbii olaraq, bu sahədə, mühüm iqtisadi, siyasi və hüquqi bazanın yaradılması da olduqca mühüm tərəflərinə görə seçilir.

Dövlət Başçısının “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixində imzalamış olduğu 1453 №-li Fərmanında da ilk cümlə olaraq, Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır kimi təsbit olunmuşdur. Buradan da aydın olur ki, Naxçıvan Muxtar Respublikasının makroiqtisadi inkişafı, onun milli iqtisadiyyat üçün zəruriliyi və daha təhlikəsiz mövcudluğu dövlətin olduqca mühüm siyasi xəttini təşkil edir və bu sahədə şaxələndirilmiş dövlət tədbirlərinin həyata keçirilməsi məqsədyönlülüyünə görə seçilməkdədir. Bu sahədə, məhz yeni iqtisadi reallıqlar müstəvisində Zəngəzur dəhlizinin istismara verilməsi ilə müşayiət olunan proseslər daha aktual görünməkdədir. Bu dəhliz, ölkənin bütün iqtisadi rayonlarının vahid strateji yanaşma, davamlı islahatlar, sənayeləşmə siyasəti, innovativ təsisatlar və alternativlik əsasında idarə olunmasına zəmin yaradacaq. Eyni zamanda, iqtisadi rayonların istehsal, sosial və həmçinin bazar infrastrukturu sahəsindəki yüksək perspektivliliyinin daha da təkmilləşdirilməsinə təminat gətirmiş olacaq.

5 yanvar 2026-cı il tarixində Müzəffər Ali Baş Komandınımızın yerli televiziya kanallarına verdiyi müsahibədə də bildirdiyi kimi, Çin və Orta Asiya ölkələrindən daşınan yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcək olması, Naxçıvan Muxtar Respubllikasının rolunu, iqtisadi potensialını və iqtisadi inkişafını daha da yüksəltmiş olacaq. Eyni zamanda, muxtar respublika ərazisində zəruri infrastruktur təsisatlarının yaradılması və gücləndirilməsinin, həmçinin onun makroiqtisadi səmərəliliyinin daha da yüksəldilməsi məsələlərinin məqsədyönülülüyü məhz Zəngəzur dəhlizinin sayəsində mümkün olacaq. Bu dəhliz həm də, muxtar respublika iqtisadiyyatı üçün alternativlik gətirməklə daha da aktuallığını artıracaq. Belə ki, alternativ nəqliyyat və logistika imkanlarının genişlənməsinin bazarlara çıxış baxımından muxtar respublikanın mövcud üstünlüklərinin daha da yüksəldilməsini təmin etmiş olacaq.

Bir qayda olaraq, alternativ nəqliyyat və logistika marşrutlarının yaradılması Naxçıvan Muxtar Respublikası üçün strateji əhəmiyyət daşıyan real iqtisadi üstünlüklər formalaşdırır. Xüsusilə, hava nəqliyyatı, avtomobil yolları, dəmir yolu perspektivləri və regional logistika mərkəzlərinin yaradılması sənaye və kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara daha sürətli və aşağı xərcli çıxışını təmin edir. Bildirmək olar ki, bu imkanlar:

- logistika xərclərinin azalmasına təminat yaratmaqla, daha çox iqtisadi səmərəlilik gətirmiş olacaq;

- məhsul itkilərinin minimallaşdırılmasına zəmin olmaqla, səmərəliliyin yüksəldilməsinə təminat yaradacaq;

- rəqabət qabiliyyətinin artmasına yol açmaqla, sağlam bazar mühitinin əsaslarını daha da möhkəmləndirmiş olacaq;

- ixrac potensialının genişlənməsinə şərait yaratmaqla, yerli və xarici bazarlara daha məhsuldar çıxış imkanlarını genişləndirmiş olacaq;

- milli iqtisadiyyata daha etibarlı inteqrasiya proseslərini daha da sürətləndirəcək və s.

Müzəffər Ali Baş Komandanın Naxçıvan Muxtar Respublikası ilə bağlı hədəfləri və iqtisadi baxışlarının əsas ana dayağı ərazi bütövlüyü, iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və regional balansın təmin olunması prinsiplərinə söykənir. Muxtar respublikanın coğrafi eksklav mövqeyi nəzərə alınaraq dövlət siyasətində bu regionun özünütəminetmə qabiliyyətinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması və daxili resursların səmərəli istifadəsi prioritet kimi müəyyənləşdirilib. Elə Zəngəzur dəhlizinin istismara verilməsinin olduqca mühüm tərəflərindən biri olaraq da, alternativ imkanların təşəkkülü ilə nəticələnəcək avtomobil və dəmir yolları xəttlərinin təmin olunmasından ibarət olacaqdır. Dövlət başçımızın da müsahibədə buyurduğu kimi, avtomobil yolunun hazırlığı təxminən 95 faiz olub, dəmir yolunun fiziki hazırlığı isə 70 faiz olaraq qiymətləndirilə bilər. Eyni zamanda, Ermənistan ərazisində 42 kilometr yol inşa olunmalı, paralel olaraq, Naxçıvan ərazisində isə inşa olunacaq hissə təxminən 190 kilometrdir. Bu da bir həqiqətdir ki, muxtar respublika ərazisində həm Ordubad, həm də Sədərək istiqamətində müvafiq infrastruktur təminatına ehtiyac olacaqdır. Məlumdur ki, Ordubaddan Sədərəyə qədər uzanan məsafə həm də, Arazboyu düzənliyin payına düşür ki, bu da muxtar respublika üzrə əknçilik məhsullarına olan təlabatın 90 faizini özündə əks etdirməkdədir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Zəngəzur dəhlizinin istismara verilməsindən sonrakı mərhələdə muxtar respublikanın mezoiqtisadi inkişafında da yeni bir keyfiyyət mərhələsi başlanmış olacaq. Bu da, bir tərəfdə kənd təsərrüfatının xammal bazası olaraq gücləndirilməsinə, bir tərəfdə, emal bölməsinin inkişafı və digər tərəfdə isə, son məhsul olaraq, sənaye bölməsinin yüksək perspektivliliyinin təmin olunmasına əlverişli zəmin olacaq.

Dövlət başçımız müsahibəsində Naxçıvan Muxtar Respublikasının daha dinamik, daha etibarlı və daha güvənilir sosial-iqtisadi inkişaf potensialının formalaşmasının strateji xəttini ifadə etmiş oldu. 2004-cü ildən etibarən uğurla təsdiq və icra olunan regional inkişaf üzrə Dövlət proqramlarının mühüm məqsədi məhz iqtisadi rayonlardan biri olaraq, Naxçıvan Muxtar Respublikasının əhatə olunduğu strateji potensialın formalaşırılması olduqca mühüm tərəflərinə görə seçilmiş oldu. Eyni zamanda, 2023-2027-ci illər üzrə muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı olan Dövlət proqramı da daha effektiv, daha səmərəli və daha məhsuldar nəticələr vəd etməkdədir. Bu hüquqi tənzimləmə mexanizmində iqtisadiyyatın sahə strukturu üzrə bütün sahələrin, xüsusilə də, sənayenin və kənd təsərrüfatının qarşılıqlı inkişafı sahəsində konkret müddəalar nəzərdə tutulmuşdur. Yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması və mövcud olanların fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələlərinə də məhz həmin Dövlət proqramında təsbit olunan olduqca mühüm tədbirlər olaraq rast gəlmək olar.

Bütün bunlarla yanaşı, həm də onu da qeyd etmək olar ki, muxtar respublikanın sosial-iqtisadi inkişafında sənaye və kənd təsərrüfatı yerli xammala əsaslanan, əlavə dəyər yaradan və məşğulluğu artıran sahələr üzərində qurulması daha məqsədəuyğun hesab oluna bilər. Sənayedə əsas prioritetlər olaraq, xüsusilə,

- qida sənayesini;

- tikinti materialları istehsalını;

- yüngül sənayeni və həmçinin:

- alternativ enerji ilə bağlı istehsal sahələrini göstərmək olar. Makroiqtisadi inkişafda mühüm göstəricilərinə görə seçilmiş olan kənd təsərrüfatında isə:

- suvarılan əkinçilik;

- bağçılıq və üzümçülük;

- heyvandarlıq və emal sənayesi prioritet istiqamətlər kimi çıxış edir.

Prezidentin vurğuladığı sənaye parkları, aqroparklar, su anbarları, emal müəssisələri və enerji layihələri bu sahələrin texnoloji səviyyəsini yüksəldir, məhsuldarlığı artırır və kənd yerlərində dayanıqlı məşğulluq yaradır. Bu layihələr həm də şəhər və kəndlərin inkişaf fərqinin azaldılmasına xidmət edir.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Yanvar 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri