Icma.az
close
up
RU
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarına həsr olunmuş dəyirmi masa

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarına həsr olunmuş dəyirmi masa

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşəbbüsü ilə dekabrın 6-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbiri HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov açaraq dəyirmi masa iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətinə toxunaraq, insan hüquq və azadlıqlarının qorunması sahəsində müasir dövrün tələblərinə cavab verən qanunvericiliyin vacibliyini vurğulayıb. O, bu cür təşəbbüslərin hüquqi mühitin inkişafı və cəmiyyətin hüquq biliklərinin artırılması üçün mühüm rol oynadığını qeyd edib.

Samir Mahmudov xüsusi vurğulayıb ki, bu layihənin məqsədi yalnız hüquqi normativlərə dair elmi-praktiki izahlar təqdim etmək deyil, həm də cəmiyyətin, xüsusilə hüquq mühafizə orqanlarının və ictimaiyyətin həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması sahəsində daha dərindən məlumatlanmasını təmin etməkdir. İcraçı direktor  belə qanunların qəbul edilməsinin hüquq mühafizə orqanları ilə vətəndaşlar arasında sağlam dialoqun qurulmasına və insan hüquqlarının müdafiəsinin praktiki həll yollarının tapılmasına təkan verdiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair Elmi-Praktiki Kommentariyanın hazırlanmasını və institutun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Ombudsman bildirib ki, belə kommentariyalar qanunvericilik prosesinin mahiyyətini və məzmununu açıqlamaq məqsədini daşıyır, həmçinin hüquq ictimaiyyəti və geniş auditoriya üçün nəzərdə tutulur. Bu cür vəsaitlərin məlumatlılığın artırılması baxımından da böyük əhəmiyyət kəsb etdiyini də qeyd edib. 

S.Əliyeva hüquqi sahədə spesifik və mürəkkəb normativ aktlarla bağlı tez-tez rast gəlinən suallar və praktik problemlərin həlli üçün elmi-praktiki şərhlərə və vəsaitlərə ehtiyac duyulduğunu diqqətə çatdırıb. Müzakirəyə təqdim olunan layihənin əhatəliyi, milli və beynəlxalq sənədlər, hüquqi presedentlər və xarici ölkə təcrübələri ilə zəngin olması da çıxışda əks olunub. O, bu məlumatların daha da genişləndirilməsi və yenilənmiş qanunvericiliyin nəzərə alınmasının cəmiyyət üçün olduqca faydalı olduğunu bildirib.

Səbinə Əliyeva həmçinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu Ombudsmanın fəaliyyətinə əsas istinad olunan və praktiki tətbiqi məsələləri monitorinq edilən mühüm sənəd kimi qiymətləndirib. Onun sözlərinə görə, ölkə Prezidentinin insan hüquqları və azadlıqlarının daha səmərəli müzakirəsi üçün etdiyi çağırışlar və tövsiyələr, Ombudsmanın fəaliyyətinin əsas prioritet istiqamətlərini müəyyən edir. Dövlət başçısının bu sahəyə böyük diqqət ayırdığını bildirən natiq Ombudsman təsisatının Hüquq və İnsan Haqları İnstitutunun insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib və kommentariyanın bir sıra istiqamətdə daha da təkmilləşdirilməsini faydalı hesab edib.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən mühüm işlər və yeni təşəbbüslər barədə tədbir iştirakçılarına ümumi məlumat verərək, institutun insan hüquqlarının müdafiəsinin təşviqi sahəsində göstərdiyi fəaliyyətin əhəmiyyətini nəzərə çatdırıb. İdarə Heyətinin sədri institutun hazırladığı kommentariya layihəsinin hüquqi təcrübənin və hüquqi mühitin inkişafına mühüm töhfə verəcəyinə, hüquqşünaslar, dövlət orqanlarının əməkdaşları və digər maraqlı tərəflər üçün praktiki təlimat funksiyasını uğurla yerinə yetirəcəyinə inandığını bildirib. 

Məhəmməd Quluzadə 50 maddədən ibarət olan qanunun kommentariyasının hazırlanmasında institutun 14 hüquqşünas tədqiqatçısının yarımillik zəhmətinin olduğunu xüsusi olaraq vurğulayıb. O, həmçinin institut tərəfindən sözügedən qanuna bir neçə təklifin hazırlandığını da qeyd edib. M.Quluzadə, bu cür hüquqi vəsaitlərin ölkə qanunvericiliyinin inkişafına müsbət təsir göstərəcəyinə inandığını da ifadə edib.

İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında kommentariyanın məqsədi, strukturu və məzmunu barədə ətraflı məlumat verərək, müvafiq qanunda aşkar edilmiş boşluqlara toxunub. O, kommentariyanın yazılmasında çox sayda beynəlxalq sənədlərdən və məhkəmə qərarlarından istifadə edildiyini də iştirakçıların diqqətinə çatdırıb. 

Tədbirə Ombudsman Aparatının, Milli Məclisin, Baş Prokurorluğun, Ali və Konstitusiya məhkəmələrinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının təmsilçiləri, həmçinin bir sıra ali təhsil müəssisələrinin alimləri, QHT və media nümayəndələri qatılıb. 

Tədbir dəyirmi masa iştirakçılarının kommentariyaya dair verdikləri təkliflər ilə  davam etdirilib. 

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri