Icma.az
close
up
RU
Saxlanılan şəxslərin hüquq və azadlıqlarına dair qanunla bağlı elmipraktiki kommentariya layihəsi müzakirə edilib FOTO

Saxlanılan şəxslərin hüquq və azadlıqlarına dair qanunla bağlı elmipraktiki kommentariya layihəsi müzakirə edilib FOTO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Hüquq və İnsan Haqları İnstitutunda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin İcraçı direktoru Samir Mahmudov kommentariya layihəsi barədə məlumat verib.

Samir Mahmudov deyib ki, Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə edilməsi təklif olunur: “Ölkədə düzgün normativ hüquqi aktların tətbiqi təcrübəsi formalaşmalıdır. Bizdə hələ də məhkəmə qərarları üzrə təkmil axtarış sistemləri mövcud deyil”.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə nəzərə çatdırıb ki, ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri, həmçinin yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi mövcud qanunda əksini tapmayıb: “Digər tərəfdən, qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır. Onların kənarda olan qohumunun, nənə və babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib. Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb”.

üquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev müvəqqəti saxlama yerlərində şəraitin ürəkaçan olmadığını söyləyib və bunun aradan qaldırılması üçün addımların atılmasını zəruri sayıb.

İşgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına dair Avropa Komitəsinin (İQAK) üzvü Ceyhun Qaracayev qeyd edib ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun təxminən 5 il müddətinə hazırlanıb: “Əslində o dövr üçün ölkənin pozitiv öhdəlik götürüb ona xidmət etməsi böyük hadisə idi. O dövrdə həbs yerində olan şəxslərin şəraitinin yaxşılaşdırması maliyyə tələb edirdi. Ona görə postsovet ölkələri bunda maraqlı deyildi. Bu qanunun qəbulu ATƏT tərəfindən alqışlanmışdı. O vaxt parlamentdə biz müvəqqəti saxlama yerlərində 20 gün saxlanılmanı təklif etmişdik, ATƏT buna etiraz etmişdi ki, maksimum 10 gün təklif olunmuşdu”.

Ceyhun Qaracayev qeyd edib ki, bütün rayonlarda istintaq təcridxanaları hazırlanmalıdır: “Biz nəhayət, bizə qarşı olan tənqidləri müzakirə edirik və dəyişməyə hazırlaşırıq. Bu, çox böyük addımdır. Dövlət içərisində özünü tənqid etməyə hazır olmalıdır. Bunu etdikcə hüquq sistemi təkmilləşir, etməsək, hüquq sistemi çökür. Biz 90-cı illərdən bu yana hüquq sistemində çoxlu nailiyyətlər əldə etmişik. Qanunun məqsədi də penitensiar xidmətə nəzarət deyil. Penitensiar xidmətdə tibbi xidmət çox yaxşı olmalıdır. Bu, təqdim edilən layihədə nəzərə alınmayıb”.

Ombudsman Səbinə Əliyeva hesab edir ki, ombudsmana qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti verilsə, yaxşı olar.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Kamil Səlimov cəzaçəkmə müəssisələrindəki məhkumlara tibbi sığorta tətbiqini vacib sayır.

Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov nəzərə çatdırıb ki, bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var. Onun sözlərinə görə, qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır: “Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil. Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər. Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur. Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir”.

Malik Ələkbərov dindar məhkumlarla bağlı təklifə də münasibət bildirib: “Layihədə onlara Ramazan bayramında xüsusi rejim tətbiq olunması təklif edilir, amma bu da məqsədəuyğun deyil. Çünki o, 4-də durub səhər imsak etsə, rejim pozula bilər. Bu təklifə yenidən baxılmalıdır”.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, bu kommentariya layihəsi vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasına xidmət edəcək.

Tədbir müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see114

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see113

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Bir gündə 784 reys

03 İyun 2025 08:42see111

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri