Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

“Heç bir dəyişiklik edə bilmirik”

“Heç bir dəyişiklik edə bilmirik”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XIV turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (0:3) sonra meydan sahibi komandanın məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyuna ciddi hazırlaşmışdıq. Hazırlıq üçün çox vaxtımız yox idi. Bərpa məşqləri ilə bərabər, taktiki məşqlər etdik. Onlar da azdır. Ən azından rəqibi təhlil etmişdik. Bilirdik ki, necə oynayacaqlar. Futbolçulara bu haqda məlumat vermişdik. İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma heç ruhdan düşmürəm. Əminəm və inanıram ki, komandamız daha da yaxşı oynayacaq. Qarşıda daha 2 oyunumuz var və ondan sonra fasilə olacaq. Hər iki görüşə də maksimum hazırlaşacağıq. Əminəm ki, daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız iş və məşqlə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq.

– Hər məğlubiyyətdən sonra baş məşqçiləri dəyişmək taktikası nə dərəcədə doğrudur? 

– Bu haqda çox şey deyə bilmərəm. Əlbəttə ki, klub rəhbərlərinin qərarıdır. Məşqçi olaraq, özümə və komandama inanıram. İnanıram ki, qarşıdakı oyunlarda daha uğurlu olacağıq.

– “Karvan-Yevlax” “Qarabağ”a evdə də 0:2 uduzmuşdu, səfərdə də 0:2 uduzdu. “Şamaxı” ilə görüşlərdə də eyni hesablar oldu. “Karvan-Yevlax”ın oyununda inkişaf hiss edirsiz?

– Bir məşqçi üçün hazırlıq zamanına vaxt olanda, o məşqçi daha yaxşı hazırlaşır. “Qarabağ”la oyuna yaxşı hazırlaşa bilməmişdik. Zamanımız olmadı. Kubok matçımız var idi. İndiki oyun üçün də futbolçuya heç bir yükləmə verə bilmirsən. Futbolçuların fiziki durumunda çatışmazlıqlar var. Çalışacağıq ki, onu aradan qaldıraq.

– Bu heyət “Qəbələ” və “Kəpəz”i üstələyə bilər?

– Futbolçularıma çox inanıram. Məşqlərdə çox istəklidirlər. Uduzmuşuq, onlar çox üzülüblər. Yalnız işləmək və məşq etməklə öhdəsindən gəlmək olar.

– Matç bitəndən sonra yerli azarkeşlər futbolçularınızı fitə basdılar, siz isə onlara “səbirli olun, düzələcək” dediniz. Nəyə ümid edirsiz?

– Azarkeşlər haqlıdırlar, bizdən qələbə gözləyirlər. Hamısını yaxşı başa düşürəm. Onların dəstəyi çox önəmlidir. Əminəm ki, bu işin öhdəsindən gələcəyik, onları sevindirəcəyik. İstəməzdik ki, evdə bu hesabla uduzaq. Azarkeşlər qələbə gözləyir. Çox istəyirdik ki, qalib gələrək onları sevindirək.

– “Mingəçevir”də işlədiyiniz zaman komandanın 70 faizini dəyişdiniz və az da olsa, uğur əldə etdiniz. “Karvan-Yevlax” sizə o şəraiti yaradacaq?

– Hazırda heç bir dəyişiklik edə bilmirik. Əlimizdə nə heyət varsa, onunla davam etməliyik. Taktiki və fiziki baxımdan yüksəliş olmalıdır. O ki qaldı, qışdan sonraya, əlbəttə güclənməliyik. Rəhbərliklə danışacağıq.

– Hazırda komandanın baş məşqçisi rəsmi olaraq Azər Haşımovdur. Komandanın baş məşqçisi ola-ola bu posta gəlməyiniz haqda fikriniz necədir?

– Diqqətim oyunlardadır. Əminəm ki, tezliklə hər şey yoluna düşəcək.

– Əsas rəqiblərinizdən biri “Kəpəz”dir. Yevlax stadionu isə onlara da icarəyə verilib. Sizcə, bu etik cəhətdən doğrudur? Bu barədə rəhbərliklə danışıb, etiraz etdiniz?

– Bu mənə qədər verilmiş qərardır. Nəsə deyə bilmirəm. Ola bilsin ki, yanvarda rəhbərliklə bu haqda danışaq.

– Sizə elə gəlmir ki, futbolçularınızın texniki imkanları çox aşağıdır? Bir neçəsini çıxmaq şərtilə, digərlərinin Premyer Liqada oynamaq səviyyəsində deyil…

– Xeyr. Ola bilər ki, siz belə görürsüz. Rəqibin də təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr, açılmalar daha yaxşı səviyyədə olacaq.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri