Heç bir kənar ölkənin Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir sıra xarici ölkə səfirlərinin keçirmiş olduqları "həbs olunmuş jurnalist və siyasi aktivistlərin" azad olunmasına dair dəstək tədbiri hesab edirəm ki, Azərbaycan hakimiyyəti üçün beynəlxalq siyasi arenada yaxşı heç nə vəd etmir. ABŞ, Böyük Britaniya, İsveçrə səfirləri və Aİ missiyasının rəhbərinin iştirakı ilə keçirilən tədbirin tərkibindən də görünür ki, onlar arasında Azərbaycana yaxın olan Böyük Britaniya və İsveçrə də var. Bu, o deməkdir ki, artıq bizə dost ölkələr də Azərbaycanda siyasi fikirlərinə görə təqib edilənlərdən narahatdırlar. Hakimiyyət nə qədər belə insanların olmadığını qeyd etsə də, hesab edirəm ki, bu məsələ dövlətin təhlükəsizliyinə zərbə vurur.
Hal-hazırda Azərbaycanın geniş mənada durumu elədir ki, heç bir kənar ölkənin Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur. Bu, Azərbaycan dövlətinin geosiyasi və geoiqisadi durumu ilə yanaşı, coğrafi mövqeyi ilə də əlaqəlidir. Azərbaycanın güclü beynəlxalq müttəfiqləri ilə yanaşı regional müttəfiqləri də onun mövqeyini gücləndirir.
Amma qeyd edilən məsələ Azərbaycanın beynəlxalq müttəfiqlərində görünən odur ki, narahatlıq doğurur.
Azərbaycan hakimiyyəti bu məsələni ciddi şəkildə götür-qoy etməlidir. Bu, bir mesajdır və
xəbərdarlıqdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti siyasi fikirlərə görə həbs edilən insanların azad olunması üçün tezliklə addımlar atmalıdır. Kiçik insanlardan dövlət üçün böyük problemlər yaratmağa dəyməz.
Azər Qasımov
Bu mövzuda digər xəbərlər:Azərbaycanda heç bir xarici ölkənin silahlısı yoxdur
29 Dekabr 2024 09:20
Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur Fidan
10 Yanvar 2025 12:38
Azərbaycan heç bir ölkənin enerji modelini olduğu kimi təkrarlamır MÜNASİBƏT BİLDİRİLDİ
24 İyun 2025 15:01
“Heç bir ölkənin çınqıl daşında belə gözümüz yoxdur” Ərdoğan
07 Dekabr 2024 20:10
Heç bir ölkənin gündəmində bu məsələ yoxdur Komitə sədri
28 Noyabr 2024 11:49
Baxış sayı:83
Bu xəbər 05 Dekabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















