Icma.az
close
up
RU
Heç bir kənar qüvvə Qarabağın bərpasına və Böyük Qayıdışa mane ola bilməz

Heç bir kənar qüvvə Qarabağın bərpasına və Böyük Qayıdışa mane ola bilməz

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qarabağın işğaldan azad edilməsinin və dirçəlişinin təsdiqi olan Böyük Qayıdış uğurla davam edir. Qayıdış proqramına uyğun olaraq bu gün bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 21 ailə olmaqla 89 nəfər və Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülüb. Həmçinin Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə sözügedən kəndə 15 ailə olmaqla 73 nəfər köçürülüb. Bu köçün nəticəsində Xıdırlı kəndinə qayıdan ailələrin sayı ümumilikdə 555-ə (2195 nəfər) çatacaq. Beləliklə, Xıdırlı kəndi "Böyük Qayıdış" Proqramının uğurla icra olunduğu ünvanlardan birinə çevrilib.
Xatırladaq ki, ötən gün də Xıdırlı kəndinə 15 ailə (57 nəfər) köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib. Eləcə də bu son günlərdə Cəbrayıl rayonunun Horovlu kəndinə, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinə, Ağdərə rayonunun Vəngli kəndinə, Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb. Göründüyü kimi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə paralel surətdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıdışı təmin olunur.
“Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına 2020-ci ilin sonundan indiyə qədər 17,6 milyard manat vəsait xərclənib. 2026-cı ilin büdcə layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Beləliklə, azad olunan ərazilərimizdə son illərdə görülmüş işlər və yuxarıda qeyd olunan büdcə ayırmaları 2026-cı ilin dövlət büdcəsində də əsas xərc prioritetlərindən biri kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramının yer aldığını göstərir. Büdcə imkanlarımız artdıqca, azad edilmiş ərazilərdə quruculuq işləri daha da sürətləndiriləcək və yurddaşlarımızın öz doğma ocaqlarına qayıdışı təmin ediləcək.
Onu da qeyd etməliyik ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri sırf öz dövlətimizin iqtisadi gücü hesabına həyata keçirilir. Erməni vandalizminin ağır fəsadlarının, 30 illik işğalın nəticələrinin aradan qaldırılmasında heç bir beynəlxalq qurum iştirak etmir. Azad edilmiş ərazilərin həm minalardan təmizlənməsi, həm də yenidən qurulması həddindən artıq bahalı proses olmaqla yanaşı, həm də xeyli vaxt aparır. Ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, infrastruktur layihələrinin icrası, eləcə də təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə aid sosial layihələrin həyata keçirilməsi, məşğulluğun təmin olunması uzunmüddətli prosesdir. Eyni zamanda, işğaldan azad olunmuş torpaqların bərpası və dayanıqlı inkişafın təmin olunmasına yönəldilən vəsaitlərin miqdarı hər il artırılmaqla bərabər, həm də bu vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi təmin edilir.
Bu baxımdan "Meydan TV" kimi liberal-qlobalist dairələrin muzdlu sifarişlərini həyata keçirən təxribatçı media qurumlarının absurd iddialar səsləndirərək Qarabağın bərpası işlərinə şübhə yaratmaq cəhdləri və "Böyük Qayıdış" Proqramının icrasının nəticələrinin gözləntiləri doğrultmasını sorğulaması həmişəki kimi qərəzli yanaşmadan başqa bir şey deyil. Onların məqsədi keçmiş məcburi köçkünlərdə çaşqınlıq yaratmaq və azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə kölgə salmaqdır. Bu yolla Böyük Qayıdışa mane olmaq istəyirlər. Ancaq bu cür cəhdlər tamamilə yersizdir. Heç bir kənar qüvvə Qarabağın bərpasına və Böyük Qayıdışa mane ola bilməz.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Noyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri