Icma.az
close
up
RU
Heç bir mənafe güdmədən...

Heç bir mənafe güdmədən...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Könüllülər Günüdür

Könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllülük ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır.

Dünya tarixində müasir anlamda könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. 1881-ci ildə isə ABŞ-də vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu.

Könüllülük nədir?

Könüllülük insanların heç bir mənafe güdməyərək məlumat, bacarıq, zaman və hansısa bir sahədə təcrübələrini öz istəkləri ilə ictimai təşəbbüs və yaxud ictimai təşkilatın məqsədi üçün istifadə etmələridir.

Xarici ölkələrdə olduğu kimi ölkəmizdə də könüllülük Qeyri Hökümət Təşkilatlarının (QHT) mövcudluğunun təməl ünsürlərindəndir. Könüllülərlə çalışmaq qurumun daha geniş fəaliyyət göstərə bilməsi və geniş əlaqələr qura bilməsi baxımından çox önəmlidir. Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Könüllülük psixologiyası...

Ölkəmizdə daha çox könüllülük əsasında çalışan insanlara QHT-lərdə rast gəlmək mümkündür. Çünki bu cür təşkilatların iş prinsipi könüllü olaraq, hər hansı maddi mənafe güdməyərək vətəndaş cəmiyyətinin inkişafına dəstək verməkdir. Zamanını, əməyini və bacarığını hər hansı bir layihədə sərf edən insanlar daha çox yardım etmək və başqaları üçün faydalı olmaq üçün könüllü çalışdıqlarını qeyd edirlər. Ancaq bununla yanaşı, bir sıra başqa istəklər də var ki, insanları könüllü olmağa sövq edir. Könüllülük psixologiyasını başa düşmək könüllülərin çalışdığı qurumlarda iş prosesinin daha da effektivliyinə təsir göstərə bilər. Könüllülərin əməyindən istifadə edən hər bir qurumun könüllülük psixologiyasını yaxşı bilməyi vacibdir.

İnsanlar nə üçün könüllü olurlar?

İnsanlar hər hansı bir qurumda və yaxud müəyyən təşəbbüslərdə uzunmüddətli və qısa zaman kəsiyində könüllü olaraq çalışırlar. Bu insanların şəxsi istəyindən və eləcə də boş vaxtından asılıdır. İnsan psixologiyasından asılı olaraq cavab axtaracağımız sualın cavablarına da müxtəlif aspektdən yanaşmaq olar. İnsanların könüllülük psixologiyasına, yəni nə üçün könüllü olaraq çalışdıqlarına diqqət yetirək:

-İnsanlar yaşadığı sosial çevrələrində önəmli və tanınmış biri olmaq istəyir;

-Könüllü olaraq çalışaraq özlərinə sosial bir əhatə qazanaraq tənhalıqdan və yaxud məyusluqdan özlərini qurtarmaq istəyirlər;

-İnandığı hər hansı bir işə dəstək olmaq istəyirlər;

-Könüllü olaraq çalışmaqla müəyyən təcrübə qazanmaq istəyi;

-Görülən işlər əyləncəli görünə bilər və dolayısı ilə orada olmaqdan insan zövq ala bilər;

-Müəyyən təcrübə və bacarıqları olan insanlar könüllü olaraq çalışmaqla öz biliklərini itirməmək istəyirlər;

-Könüllü olan şəxs özünü ehtiyac duyulan biri kimi görmək istəyir;

-Yeni dost qazanmaq istəyi;

-Özlərində olan qabiliyyətləri başqaları ilə bölüşmək istəyi;

Uğur formulumuz...

Tariximizin ən böyük, təsvirolunmaz təmənnasız könüllülük aktı, əlbəttə ki, Vətənin müdafiəsinə könüllü yollanmağımızdır. Həm də kişi-qadın fərq etmədən... 21-ci əsr ölkəmizin könüllülük həyatında dərin izlər buraxmaqdadır. Çoxsaylı dövlət, özəl, ictimai təşkilat öz fəaliyyətilə könüllülük prinsiplərini qoruduğunu göstərir və hətta beynəlxalq miqyasda xeyriyyəçilik ənənələrimizi nümayiş etdirirlər.

Bu gün ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Ancaq 2013-cü ilə kimi könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstərirdi. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında fəaliyyət göstərən “ASAN Könüllüləri Təşkilatı” yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin əmək vərdişləri qazanmasına, öz peşəsinin incəliklərini öyrənməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə geniş imkan verdi.

Könüllülüyün məkanı, yaşı, sərhədi yoxdur...

Dövlət başçısının 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan edilməsi könüllülük hərəkatının inkişafına daha da təkan verdi. Bununla da könüllü şəxslərin əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yarandı. Eyni zamanda, könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətləri formalaşdırdı.

Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. Bunu edən şəxs heç bir proqrama qoşulmadan, heç bir ictimai birliyin və ya təşkilatın üzvü olmadan da yerinə yetirə bilər. Çünki könüllülük könül işidir...

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see372

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see309

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see267

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see235

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see220

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see214

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see210

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see185

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see184

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see174

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see173

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see170

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see169

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see166

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see164

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see159

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see149

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see148

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see148

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri