Icma.az
close
up
RU
Heç kəsin xətrinə dəyməyən ciddi filmlər... Emin Əfəndi yazır

Heç kəsin xətrinə dəyməyən ciddi filmlər... Emin Əfəndi yazır

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizim kinoya niyə baxılmır? Söhbət komediyalardan getmir. Ciddi məzmunlu filmlər niyə auditoriya tapmır? Çünki həyatımızın özü filmdir. Çünki heç bir rejissor real həyatda baş verən hadisələri ondan daha yaxşı çəkə bilməz, heç bir aktyor da həyatdakından daha inandırıcı oynaya bilməz. Ona görə də kinoya ehtiyac qalmır.

Əlbəttə ki, bu ironiya idi. Kino çəkmək sadəcə kamera arxasında dayanmaq deyil, bu, bir əsər yaratmaqdır. Və bu əsərin personajları başqa planetlərdən, ya da mistik dünyalardan yox, real həyatdandır – hər gün qarşılaşdığımız, küçədə, işdə, ictimai nəqliyyatda gördüyümüz insanlardır. Yəni kinoda göstərilənlər cəmiyyətin aynasıdır.

“Bəyin oğurlanması” yadınızdadır? Hər bayram televiziyalar göstərir. Orada bir söz var: “Siz də elə çəkim ki, adamın ürəyinə toxunsun, inandırıcı kino olsun”. Amma biz indi nə çəkirik? Biz dünya kinosuna yeni janr gətirmişik – “heç kəsin xətrinə dəyməyən ciddi filmlər” janrı.

Mən müəllim ailəsində böyümüşəm. Müəllimlik şəxsən mənim üçün ən müqəddəs peşələrdən biridir. Amma desəm ki, məktəbdə və universitetdə gördüyüm müəllimlərin hamısı vicdanlı olub, yalan danışmış olaram. Eyni şey həkimlərə, mühəndislərə, mollalara və vəkillərə də aiddir. Hər peşədə dürüst insanlar olduğu kimi, öz peşəsinə ləkə gətirənlər də var.

Hansı sahənin adamlarından kino çəkilirsə, o sahənin nümayəndələri inciyir. Elə bil heç biri bu cəmiyyətin parçası deyil. Müəllimlərdən film çəkiləndə – müəllimlər narazı qalır. Dini fanatizmi göstərəndə – dindarlar ayağa qalxır. Cinayət filmini göstərirlər – vəkillər bəyanat yayır. Bəs yaxşı, kinonu kim üçün çəkək? Yeganə variant qalır – süni xoşbəxtlik və boş romantika.

Vəkillər Kollegiyası dünən yeni bir səviyyəyə qalxdı – kinoya görə bəyanat yaydı. Çox dramatik, çox emosional, sanki dövlət çevrilişi olub. Adam elə bilir, film çəkənlər demişdi ki, hüquqşünaslar ləğv olunsun.

Əslində, məhz hüquqşünaslar kino ilə real həyatı bir-birindən ayırmağı hamıdan yaxşı bacarmalıdır. Axı qanunlarla işləyən insanlar yaxşı bilməlidirlər ki, sənədli film başqadır, bədii film başqadır. Və ümumiyyətlə, hərənin öz işi ilə məşğul olması hüquqşünasların da, rejissorların da, müəllimlərin də əsas prioriteti olmalıdır. Onda nə inciməyə ehtiyac qalacaq, nə də bəyanat yaymağa.

Hər kəs öz işini yaxşı görsə, hər şey yerinə oturar. Kinomuz da baxılan olar, təhsilimizi də tənqid etməyə ehtiyac qalmaz, qanunlarımız da hamıya eyni işləyər. Əks halda, belə çıxır ki, biz nə kinoda gerçəkliyi göstərə bilirik, nə də gerçək həyatda kinodan çıxıb normal müzakirə edə bilirik.

Emin Əfəndi

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri