Icma.az
close
up
RU
Heç kim bizdən əzik toplum düzəldə bilməyəcək

Heç kim bizdən əzik toplum düzəldə bilməyəcək

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təəssüf ki, son 15-20 il ərzində Türkiyənin bəlli bir zümrəsində tarixdən başlamış mədəniyyətə kimi hər şeyə dinçi və məzhəbçi müstəvidən yanaşmaq kimi olduqca təhlükəli bir tendensiya formalaşıb. Bu adamlar anlaya bilmirlər ki, "neo-osmanizm” - Türkiyənin gələcəyinə, türk dünyasına və dünyaya osmanlı və xilafət tarixi müstəvisindən münasibət bəsləmək Türkiyəni nəinki müasir dünyadan, hətta türk dünyasından belə uzaq salır. Tarix boyu türk imperiya və dövlətləri arasında ixtilaflar baş verib və bu da həmin dövrün dünyagörüşü çərçivəsindən dəyərləndirildikdə, normal qəbul olunmalıdır. İmperatorlar, sultanlar, şahlar, xanlar öz ərazilərini genişləndirmək və üstün güc olmaları üçün müharibələr aparırdılar. Bir qrup gerizəkalı Səfəvi-Osmanlı ixtilafına məzhəb müstəvisindən yanaşmaqla Türkiyə cəmiyyətinə və ərəb dünyasına saxta bir təəssübkeşlik nümayiş etdirir. Amma o zaman başqa suallar çıxır ortalığa: Sultan İldırım Bəyazidlə Əmir Teymur arasında ki, məzhəb ayrıseçkiliyi yox idi, o zaman onlar niyə qarşı-qarşıya gəldilər? Yaxud nədən özbək qardaşlarımız Şeybanioğulları xanlığının Xətai tərəfindən süquta uğradığından danışmırlar? Çünki düşüncələri, təfəkkürləri yerindədir. Saxta dinçi zehniyyətlə xəstələnməyiblər. Sizi əmin edirəm, əgər Xətai Çaldıranda qalib gəlsəydi, bu gün saxta osmanlı təəssübkeşlərinin heç biri bu mövzuda danışmayacaqdı. Necə ki, Əmir Teymurun İldırım Bəyazidi əsir götürməsindən bir kimsə danışmır. Deməli, Xətainin ən böyük günahı məğlubiyyətidir.
Türkiyənin türk dünyasından qopardılması və ərəb səhralarına sürüklənməsi bir qrup türk düşməninin arzusudur və təəssüf ki, belələri üçün Türkiyədə geniş imkanlar yaranıb. Onlar yaxşı bilirlər ki, Türkiyə neo-osmanizmlə nə Mərkəzi Asiyaya, nə də Qafqaza girə bilməyəcək. Çünki gah Əmir Teymur çıxacaq qarşılarına, gah Xətai, gah da başqa birisi... Türk birliyini arzulamayanlar da bundan məharətlə istifadə edirlər... Amma nə Azərbaycan, nə də Orta Asiya türklərinin yaddaşından onların imperiya qurmaq və idarə etmək potensialını yox etmək, qan yaddaşlarını silmək mümkün olmayacaq. SSRİ kimi nəhəng imperiyanın amansız ideoloji maşını belə bunu bacarmadı. Heç kim bizdən və Orta Asiya türklərindən "əzik” toplum düzəldə bilməyəcək. Bunu, Türkiyə türkcəsində desək, bəziləri qafalarına qoysunlar artıq.
Zənnimcə, bu məsələlərlə bağlı Azərbaycan və Türkiyə tarixçiləri bir araya gəlib ortaq bir konfrans keçirməli, Türkiyədəki dərsliklərdən Xətai ilə bağlı türk düşmənçiliyinə və bölücülüyə xidmət edən məsələlər çıxarılmalıdır. Zənnimcə, çox geniş səviyyədə Beynəlxalq Xətai Konfransının keçirilməsinə ehtiyac var. Geri zəkalı zehniyyətə başa salmaq lazımdır ki, Səfəvi-Osmanlı ixtilafı məzhəb qarşıdurması deyil.

Elçin Mirzəbəyli
ƏHD Partiyasının sədr müavini, millət vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri