“Heç kim liqanı tərk etmək istəməz”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Karvan-Yevlax” Misli Premyer Liqasının sonuncu – XXXIII turunda “İmişli” ilə heç-heçə edib – 1:1. Yevlax təmsilçisi mövsümü autsayder kimi başa vurub və liqanı tərk edib.
Komandanın müdafiəçisi Vüsal Məsimov “Futbolpress.az“a açıqlamasında son görüşü dəyərləndirdi:
“Oyunun turnir cədvəli baxımından əhəmiyyəti olmasa da, mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Təəssüf ki, son dəqiqədə buna nail ola bilmədik”.
Məsimov komandanın elitanı tərk etməsinə toxundu:
“Heç kim liqanı tərk etmək istəməz. Əlimizdən gələni etməyə çalışdıq, amma alınmadı. Çempionatda həm komanda, həm azarkeşlərimizlə rəng qatdığımızı düşünürəm. Klubun liqada qalması daha yaxşı olardı, amma təəssüf ki, olmadı. Qismət”.
Müqaviləsi bitən Məsimov karyerası ilə bağlı hələ qərar vermədiyini qeyd etdi:
“Qarşıdakı günlərdə danışıqlar olacaq. Hələ nə olacağını bilmirəm. Düzdür, təkliflər var, amma real deyil. Çempionat yeni bitib, ona görə bir müddət gözləyəcəyəm”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 May 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















