Icma.az
close
up
RU
Heç kim onlara demir ki... Məşhurlardan Bakıda dəhşətli qətlə REAKSİYA

Heç kim onlara demir ki... Məşhurlardan Bakıda dəhşətli qətlə REAKSİYA

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda qadının ərini öldürüb həyətə basdırması, izləri gizlətmək üçün həmin yerə gül kolları əkməsi olayı ölkədə səs-küy yaradıb. Əksəriyyət düşünür ki, bu, türk seriallarının fəsadından irəli gələn məsələdir. Çünki sözügedən hadisə ötən il yayımlanan “Şahane Hayat” adlı türk serialındakı bənzər səhnəni xatırladıb.

Türk serialları real həyatda zorakı davranışlara və psixoloji təsirlərə səbəb ola bilərmi? Bu qədər təsirlidirsə, qarşısını necə almaq olar? Müəyyən məhdudiyyətlər mümkündürmü?

Globalinfo.az-a danışan əməkdar artist Gülşad Baxşıyeva deyib ki, qətl hadisələri təkcə türk seriallarından bəhrələnmir.

Onun fikrincə, yerli televiziya kanallarında daha çox etik olmayan məsələlərin təbliğatı aparılır:

“Verilişlərimizə fikir verin, biri ərindən qaçdığını deyir, digəri şiddətdən, balta ilə xəsarət yetirməkdən danışır və sair. Belə məsələləri efirlərə çıxarmazlar! Çünki televiziya məkanı təbliğat maşınıdır. Bir sıra gənclərimizin pozğunluğa meyilli olması nədən irəli gəlir? Bəzi 15-16 yaşlı qızlar atasının döydüyünü, xətrinə dəydiyini əsas gətirərək verilişə müraciət edir. Onları efirə buraxmaq olmaz. Bunun üçün aidiyyəti qurum var. Biz də illər əvvəl filmlərə baxmışıq, orada edam, qətl məsələləri yox idi? Niyə camaat o illərdə pozulmurdu?”.

Aktrisa türk seriallarında bir çox məqamlardan narızı olduğunu qeyd edib:

“Bəzi fraqmentlərdən mənim də xoşuma gəlmir, orada zorakılıq həddindən artıq çılpaqlığı ilə göstərilir. Amma baxan adam da bunun film olduğunu başa düşməlidir. O zaman bizə kino ilə həyatın fərqliliyini öyrədirdilər. Fikrimcə, hər şeyi türk filmlərinin üzərinə yıxmaq olmaz. Yaxşı, maarifləndirici səhnələr də mövcuddur”.

Əməkdar artist Çingiz Əhmədov da baş verən qətllərin serialla bağlı olmadığını düşünür:

“Film heç kimə təsir etmir. Sadəcə bəzi insanlar özlərini apara bilmirlər, psixoloji problemləri olur deyə ərini və ya arvadını öldürürlər. Bir insan xəstədirsə, filmlərin nə günahı var? Aktyor bunu oynayır, film çəkilir vəssalam. Kiməsə “kinoda olanı təkrar et” deyilmiur. Yəqin ki, o adam da özünü idarə edə bilməyib deyə qarşısındakını öldürüb”.

Aktyor cinayət hallarının hər dövrdə olduğunu vurğulayıb:

“Sadəcə, əvvəllər məsələni qabartmırdılar. İndi isə internet dövrüdür, hər şeyi yayırlar, nəticədə də belə hadisələrin sayı artır. Filmləri günahlandırmayaq”.

Qeyd edək ki, oktyabrın 22-də yayılan xəbərə görə, 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyev həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirib. O, meyiti yaşadığı evin həyətində basdırıb, izi itirmək məqsədi ilə ərinin məzarının üstünə gül-çiçək əkib.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri