Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Heç kimin dini inancına müdaxilə edilmir, amma…

Heç kimin dini inancına müdaxilə edilmir, amma…

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı dünyanın bəlkə də azsaylı şəhərlərindəndir ki, onun mərkəzində qadın azadlığını simvolizə edən möhtəşəm bir abidə - Azad Qadın heykəli ucalır...

Başından çadrasını atan qadının obrazı sadəcə bir heykəltəraşlıq nümunəsi deyil. Bu, bütöv bir xalqın keçdiyi tarixi yolun, cəhalətdən maarifə, əsarətdən azadlığa, qaranlıqdan işığa doğru mübarizəsinin rəmzidir.

Azərbaycan 1918-ci ildə qadınlara seçki hüququ tanıyan ilk müsəlman çoxluqlu ölkələrdən biri oldu. Bir çox Avropa dövlətindən daha əvvəl qadının siyasi hüquqlarını tanıyan Azərbaycan Xalq Cümhuriyyəti bununla yalnız Şərqdə deyil, dünya tarixində mütərəqqi bir nümunə yaratdı.

Bu, təsadüfi deyildi.

Bu xalqın Mirzə Fətəli Axundzadəsi, Həsən bəy Zərdabisi, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri, Üzeyir Hacıbəylisi... - qadının təhsilini, azadlığını, cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilməsini milli tərəqqinin əsas şərti hesab edən böyük maarifçilərimiz vardı.

Onlar yaxşı anlayırdılar ki, qadının azad olmadığı cəmiyyət azad ola bilməz. Qız uşaqlarının təhsil almadığı xalq inkişaf edə bilməz. Dinin ictimai həyat üzərində mütləq hökmranlığına yol verən dövlət isə müasir dünyanın bir parçasına çevrilə bilməz.

Və işə baxın ki, XXI əsrdə, həmin Azərbaycanda, Azad Qadın heykəlinin ucaldığı Bakıda məktəblərdə vahid geyim qaydaları ətrafında yenidən dini qarşıdurma yaratmağa çalışırlar.

Azərbaycanın dünyəvi təhsil sistemində vahid məktəbli geyiminin tətbiqinə etirazlar bəzi çevrələrdə az qala dini azadlıqlar uğrunda mübarizə kimi təqdim olunur. Halbuki burada son dərəcə mühüm bir məqam var: Azərbaycanda hicaba ümumi qadağa yoxdur. İnsanların dini etiqadına, şəxsi inancına, gündəlik həyatında dini geyim seçiminə dövlət tərəfindən ümumi məhdudiyyət qoyulmayıb.

Söhbət konkret olaraq dünyəvi təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarından gedir.

Məktəb isə dini təbliğat meydanı deyil. Məktəb uşaqların dünyagörüşünün formalaşdığı, elmi biliklərə yiyələndiyi, vətəndaş kimi yetişdiyi məkandır.

Dünyəvi məktəbin əsas prinsipi uşaqların dini mənsubiyyətinə görə deyil, bərabər təhsil hüququ əsasında birləşməsidir.

Əlbəttə, dini inanclarına səmimiyyətlə bağlı olan, övladının geyimi ilə bağlı narahatlıq keçirən valideynlər ola bilər. Onların mövqeyini dinləmək, hüquqi və mənəvi arqumentlərini müzakirə etmək mümkündür və lazımdır. Amma bu həssas mövzunun məqsədli şəkildə siyasiləşdirilməsi, məktəb qaydalarının dinə qarşı mübarizə kimi qələmə verilməsi tamamilə başqa məsələdir.

Burada artıq sual yaranır: söhbət həqiqətən uşaqların hüquqlarından gedir, yoxsa dünyəvi dövlətin prinsiplərini mübahisələndirmək cəhdindən?

Azərbaycanın tarixi təcrübəsi göstərir ki, dini inancla dünyəvi dövlətçilik bir-birinin düşməni deyil. Lakin dini qaydaların dövlət təhsil sisteminin üzərində dayanması tələbi dünyəvilik prinsipinin mahiyyətini dəyişdirə bilər.

Bu fərqi görməmək mümkün deyil.

Bizim maarifçilərimiz bir əsrdən çox əvvəl qadının cəmiyyətdə yerini dəyişmək üçün mübarizə aparırdılar. Qız məktəbləri açmaq, qadınları təhsilə cəlb etmək, onları ictimai həyatın fəal iştirakçısına çevirmək istəyirdilər. Hacı Zeynalabdin Tağıyev qız məktəbi yaratmaq üçün böyük maneələri aşanda, Cəlil Məmmədquluzadə və Sabir cəhaləti satira hədəfinə çevirəndə məqsəd yalnız qadının geyimini dəyişmək deyildi.

Məqsəd düşüncəni dəyişmək idi.

İnsanı azad etmək idi.

Cəmiyyəti gələcəyə hazırlamaq idi.

İndi isə həmin tarixi mübarizənin nəticəsi olan dünyəvi məktəbin mahiyyəti ətrafında yeni mübahisələr açılır.

Ən böyük paradoks da budur.

Bir əsr əvvəl qadının təhsil almaq hüququ uğrunda mübarizə aparan cəmiyyətin varisləri bu gün məktəbdə dini geyimin statusunu əsas mübarizə mövzusuna çevirməməlidirlər.

Dünyanın bir sıra ölkələrində dini normaların qadınların təhsilinə, ictimai fəallığına, şəxsi seçimlərinə necə təsir göstərdiyini görürük. Əfqanıstanda qızların orta və ali təhsildən məhrum edilməsi bunun ən ağır nümunələrindəndir.

Azərbaycanın yolu isə başqadır. Bu yol qadının hüquqlarının tanınmasından, dünyəvi təhsildən, elmi düşüncədən, milli modernləşmədən keçir. Bizim dövlətçilik modelimizin gücü də bundadır.

Bu gün Azərbaycanın müstəqilliyini, dünyəvi xarakterini, milli kimliyini qorumaq yalnız sərhədlərimizin təhlükəsizliyini təmin etmək demək deyil. Eyni zamanda cəmiyyətin intellektual müstəqilliyini, təhsilin dünyəvi əsaslarını və gələcək nəsillərin sərbəst düşünmək imkanlarını qorumaq deməkdir.

Heç kimin dini inancına müdaxilə edilməməlidir. Amma heç kim də öz dini baxışını dövlət məktəbinin hamı üçün müəyyən edilmiş qaydalarından üstün tutmaq hüququnu mütləq tələb kimi təqdim etməməlidir.

Dini azadlıqla dünyəvi dövlətin qaydaları arasında hüquqi balans qorunmalıdır. Bu balansı pozmaq cəhdləri isə açıq və prinsipial müzakirə olunmalıdır.

Azad Qadın heykəli bu gün də Bakının mərkəzində dayanır. Başından çadrasını atan qadının həmin obrazı bizə bir tarixi həqiqəti xatırladır: azadlıq yalnız keçmişdə qazanılan nailiyyət deyil, hər nəsildə qorunmalı olan dəyərdir.

Bu heykəl heç kimin şəxsi inancına qarşı deyil. O, qadının öz taleyinə sahib çıxmasının, təhsil almasının, cəmiyyətin bərabərhüquqlu üzvü olmasının simvoludur.

Və bu gün özümüzə bir sual verməliyik: biz Azad Qadın heykəlini yalnız şəhərimizin memarlıq və incəsənət nümunəsi kimi qoruyacağıq, yoxsa onun təcəssüm etdirdiyi maarifçilik, azadlıq və tərəqqi ideallarını da müdafiə edəcəyik?..

Çünki heykəli qorumaq asandır. Onun ifadə etdiyi dəyərləri qorumaq isə tarixi məsuliyyətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1054

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see360

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see357

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see276

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see268

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see262

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see245

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see243

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see225

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see221

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see213

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see208

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see199

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see193

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see182

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see176

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see175

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri