Həcc kvotasının dolmamasının səbəbləri açıqlandı
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Bu il Həcc ziyarəti ilə bağlı nəzərdə tutulan kvota tamamlanmayıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, bu günə kimi Həcc ziyarəti üzrə kvotanın cəmi 83 faizi tamamlanıb.
Şöbədən mart ayının 7-dən sonra bir daha müddətin uzadılmayacağını bildiriblər.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək dolmamasını bir neçə faktorla izah oluna bilər:
"Bu səbəblərə ilk növbədə ziyarətin maliyyə tərəfini göstərmək olar. Qiymətlərin yüksək olması Həcc ziyarəti ilə bağlı insanlarda tərəddüdlər yaradır. Həccə getmək maddi imkanı olan şəxslər üçün vacib buyrulan ibadətdir. Bu baxımdan, ölkədə yaşayan əksər müsəlmanların maliyyə imkanları Həcc ziyarətinə getmək üçün yetərli deyil".
Rəsul Mirhəşimli hesab edir ki, sosial problemlerlə yanaşı, regionda baş verən münaqişələr də insanların qərar qəbul etməsində tərəddüd yaradır:
"Hətta uzunmüddətli planlaşdırılmış səfərlər belə, siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi fonunda ləngiyir. İnsanlar həm öz təhlükəsizliklərini, həm də ziyarət zamanı qarşılaşa biləcəkləri çətinlikləri nəzərə alırlar. Bir çox müsəlmanlar Həcc ziyarətini yerinə yetirmək istəsə də, maliyyə şəraiti buna imkan vermir. İnsanlar həmçinin gələcəkdə daha ciddi sosial problemlərin ortaya çıxma ehtimalını nəzərə alaraq qərarlarını daha ehtiyatlı verirlər”.
Rəsul Mirhəşimlinin fikirincə, təhlükəsizlik və rahatlıq məsələləri insanların prioritetlərində üstünlük təşkil edir:
"Nəticə etibarilə Həcc kvotasının dolmaması yalnız qiymət məsələsi ilə bağlı deyil. Bu, həm sosial vəziyyətin pisləşməsi, həm gələcəyə inamın zəifləməsi, həm də regiondakı siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi ilə bağlıdır”.
Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 03 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















