Icma.az
close
up
RU
Həcc ziyarəti niyə baha başa gəlir? QMİ dən dedilər hələ UCUZDUR

Həcc ziyarəti niyə baha başa gəlir? QMİ dən dedilər hələ UCUZDUR

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabahdan etibarən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Göründüyü kimi, Həcc ziyarətinin qiymətində yenə artım var. Bu, bizi təəccübləndirməməlidir, çünki bunu hər il müşahidə edirik.

Bəs səbəb nədir? Həcc ziyarəti niyə baha başa gəlir?

Lent.az məsələ ilə bağlı kiçik bir araşdırma edib. 

Aydındır, ziyarətin qiyməti yalnız bizim ölkədə baha deyil. Amma normal cəmiyyətlərdə yəqin ki, fərqli situasiya olur. Qiymətlər elan ediləndə, səbəbi də açıqlanır. Bizdə belə deyil. Zəvvar bilmir ki, ödədiyi 5950 dollar nəyə xərclənir, hara ödənir. Ortaya qoyulan açıq hesabat, qiymətlər cədvəli yoxdur.

Məlum məsələdir, Həcc ziyarətinə imkanı çatan şəxsin getməsi vacibdir. Allah-təala (c.c) belə buyurub. Fəqət, hər il artan xətlə yüksələn qiymətləri nəzərə aldıqda, imkanı çatanların sayı da getdikcə azalır. Adi vətəndaşın – hansı ki ola bilsin həm də, mömin bəndədir, aylıq maaşını toplayıb Həcc ziyarətinə gedə bilməsi üçün azı 5 il lazımdır. Onda da gərək yeməsin, içməsin, maaşını yığsın. Bu da çox çətin, real görünməyən işdir. Nəzərə alaq ki, illər keçdikcə Həcc ziyarətinin qiyməti də qalxır, sabit qalmır. Ötən il qiymət 5850, 2023-ci ildə 5750 idi, ondan əvvəlki il isə 5350 dollar olub.

2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb.

Qeyd etmək yerinə düşər ki, hər il Həcc ziyarəti öncəsi müxtəlif fikirlər səsləndirilir. Bir qrup adam deyir, o qədər pulu ziyarətə verməkdənsə, təhsilə yönəldin. İnanclı kəsim isə deyir, yox, Həcc ziyarəti vacibdir.

Məsələ ilə bağlı Lent.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bu məsələnin iki əsaslı səbəbi var:

“Səbəblərdən biri ondan ibarətdir ki, dünyada qiymətlər ilbəil bahalaşır. Bu da sözsüz ki, Həcc ziyarətinin qiymətinə də öz təsirini göstərir. Həmin ziyarətçilər AZAL-ın çarter reysi ilə Səudiyyə Ərəbistanına səyahət edəcəklər. Son illərdə AZAL-ın təyyarə biletlərində qiymət artımını yəqin ki hər kəs müşahidə edir”.

Akif Nəsirli qeyd edib ki, ikinci məsələ isə inhisarçılıqdır:

“Bu, dini ayin olsa da, ümumi standartlar daxilində bir turizm ziyarətidir. Turizmin bu növü ilə Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məşğul olur. Nəyə görə bu işi təşkil edən alternativ bir qurum yoxdur? Alternativsizlik və rəqabətsizlik qiymət artımını stimullaşdırır. Hətta kvotalara da QMİ nəzarət edir. Yəqin ki müstəqil şəkildə Həcc ziyarətinə getmək istəyənləri də qəbul etmirlər. Beləliklə, Qafqaz Müsəlmanları İdarəsi biznesə çevirdiyi turizmin bu növünü öz inhisarında saxlayır. Dünyada 5% bahalaşma olursa, bu qurum 3 dəfə çox qiymət təklif edir”.

Təbii ki, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməsək, doğru olmazdı.

İdarənin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri sorğumuza cavab olaraq deyib ki, Həcc ziyarəti ilə bağlı builki artım çox deyil:

"Bu ilki qiymət ötən ildən sadəcə 100 dollar bahadır. 20-21 günlük paketə gündə 3 dəfə qidalanma, transfer və s. daxildir”. 

“Digər Asiya və Avropa ölkələrinə nisbətən bizim ölkədə ziyarət üçün qiymət daha aşağıdır. Məsələn, Qazaxıstandan Həcc ziyarətinə getmək üçün 6-7 min, İngiltərədən isə 11-12 min dollar ödəmək lazım olur. Biz də ziyarət üçün maksimum güzəştli qiymət etməyə çalışdıq, lakin bundan daha ucuzu mümkün olmadı", - deyə o əlavə edib. 

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 1440 zəvvar Həccə gedib. Bu il üçün kvotalar hələ açıqlanmayıb. Lakin ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri