Həcc ziyarəti üçün kvotanın 15 faizi tamamlanıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Həcc ziyarətinə sənəd qəbulu kvota dolanadək davam edəcək. Bu, təxminən, yanvar ayına təsadüf edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb.
“İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Ancaq bundan əvvəl bildirdiyimiz kimi məbləğ az miqdarda arta da bilər”, - Vüsal Cahangiri bildirib.
Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-ü başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















