Həcər Nuriyeva: Bu çempionata Azərbaycanın ev sahibliyi etməsi mühüm hadisədir
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnanıram ki, komandamız qrupdan çıxa biləcək".
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan yığmasının badmintonçusu Həcər Nuriyeva deyib.
O, Bakıda keçiriləcək qarışıq komandaların Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb: "Çox vacib bir yarışdır. Güclü idmançılarla qarşılaşacağıq. Bu yarışdan öncə ciddi hazırlıq keçmişik. Hər gün səhər-axşam məşq edirik. Bu turnirdə qadınlar və qarışıq cütlərdə oynayacam. Məncə, belə bir turnirə Azərbaycanın ev sahibliyi etməsi mühüm hadisədir".
Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında baş tutacaq yarışda 8 komanda mübarizə aparacaq. Yığmamızın rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə olacaq.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Fevral 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















