Icma.az
close
up
RU
Həddən artıq qısqanclıq insanın psixoloji müqavimətini zəiflədir Psixoloq

Həddən artıq qısqanclıq insanın psixoloji müqavimətini zəiflədir Psixoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Eyni zamanda bu hal insan xarakterinə və vərdişlərə mənfi təsir edir, onları dəyişir"

Bakıda 27 yaşlı Aynur Zərbəliyeva başqa xanımla yazışan həyat yoldaşı Sakit Zərbəliyevi ölümcül bıçaqlayıb. Hadisə paytaxtın Nizami rayonu, Çobanzadə küçəsindəki mənzillərdən birində baş verib. 2015-ci ildə Aynur və Sakit ailə həyatı qurublar. Onların birgə nikahdan övladları olmasa da, Aynurun əvvəlki ərindən iki, Sakitin isə əvvəlki həyat yoldaşından üç övladı olub. Həmçinin, Sakitin qardaşının həyat yoldaşı rəhmətə getdiyi üçün onların da iki övladı bu ailənin himayəsində olub.


Paytaxtın Nizami rayonunda ev alqı-satqısı ilə məşğul olan Sakit başqa bir xanımla münasibət qurub. Bir gün Aynur ərinin telefonunda onun başqa qadınla yazışmasını aşkar edib və ailədə söz-söhbət başlayıb. Məsələ ilə bağlı ailədə bir neçə dəfə mübahisə də yaranıb.

Bir müddət əvvəl cütlük arasında yenidən mübahisə başlayıb və Sakit evi tərk edərək iş yerinə gedib.

Axşam evə qayıdan Sakit Aynurdan çay istəyib. Aynur isə cavabında "get kiminlə yazışırsan, çayı da o versin, sənə çay düşmür" deyib. Cütlük arasında yenidən sözlü mübahisə başlayıb və Sakit yataq otağına keçib yerində uzanıb. Bir neçə saatdan sonra əsəbləri sakitləşməyən Aynur ərini öldürməyə qərar verib və o, bu məqsədlə mətbəxdən bıçaq götürüb sakitcə yataq otağına keçib. Sakiti yatmış bilən Aynur ona hücum edib və Sakitin ürək, boğaz və boyun nahiyələrindən 9 bıçaq zərbəsi endirib.


Ərinin öldüyünü zənn edən qadın evdən çölə çıxıb pilləkəndə oturub. Bu vaxt Sakit yaralı vəziyyətdə pilləkənə çıxaraq ondan su və mobil telefon istəyib. Qadın ərinə əvvəlcə su, sonra isə mobil telefon verib. Sakit telefonla təcili tibbi yardıma zəng vurub kömək istəyib. Həkimlərin köməyi ilə Sakit xəstəxanaya çatdırılıb və əməliyyat olunub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aynur Zərbəliyeva saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb və A.Zərbəliyeva barədə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, A.Zərbəliyeva həyat yoldaşı ilə barışıb. Məhkəmənin hökmü ilə A.Zərbəliyeva 11 il 3 ay azadlıqdan məhrum edilib.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, qısqanclıq hissinin həddən artıq olması insanın psixoloji müqavimət hissinin zəiflədir:



“Eyni zamanda bu hal insan xarakterinə və vərdişlərə mənfi təsir edir, onları dəyişir. Qısqanclığın mənbəyi şübhədir. Ürəyə şübhə toxumu düşdüsə, demək qısqanclıq hissini boğmaq çətin olacaq. Bu hiss özünü müxtəlif emosiyalarla büruzə verir. Məsələn, həyəcan, qorxu və qəzəblə.Qısqanclığın meydana gəlmə səbəbləri müxtəlifdir. Diqqətin, sevginin çatışmazlığı, özünəinamsızlıq, şübhələr və digərləri qısqanclığa səbəb olur. Hər ailədə söz-söhbət var. Bunu hökmən qohum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mübahisəni həmin şəxslər ikilikdə həll etsin? Axı bir sıra hallarda kənar müdaxilə “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Aşırı Qısqanclığın çoxu zərər, azı isə münasibət soyuqluğu ilə nəticələnə bilər. İstər qadın olun, istər kişi, əgər qarşı tərəf daim sizi nəzarətdə saxlayır, telefonunuzu yoxlayır, danışıqlarınızı dinləyir, hər şeyə burnunu soxursa, bu artıq sevgi deyil, xəstəlikdir. Elə adamı həyatınızdan rədd edin. Qısqanclıqdan əziyyət çəkənlərin və psixoloqa müraciət edənlərin əksəriyyəti belə deyir: - “Təsadüfən keçəndə eşitdim, təsadüfən açdım telefonunu mesaj gördüm”.

Belə hallarda onlara sual verilir: Siz telefona baxmaya bilməzsiniz?

Bu suala cavab olaraq çoxları deyir ki, "yox, baxmaya bilmirəm, bacarmıram".

Belələri daim hər şeyi nəzarətdə saxlamaq istəyənlərdir və qısqanclıq da daha çox onlara zərbə vurur. Çoxları başa düşmürlər ki, nikah vətəndaş münasibətlərinin qeydiyyatıdır. Bu məhkəmə hökmü deyil ki, sağa, sola addım atanı cəzalandıra bilsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri